RƏQƏMSAL TEXNOLOGİYALAR KONTEKSTİNDƏ STATİSTİK İNFORMASİYANIN TƏHLİLİNİN BƏZİ MƏSƏLƏLƏRİ

X Ü L A S Ə

 

Tədqiqatın məqsədi - dünyada iri həcmli məlumatlar (Big Data) bazarının inkişaf dina­mikasını, ənənəvi və generativ süni intellektin mahiyyətini və imkanlarını, məlu­matların təhlili sahə­sində istifadə edilən süni intel­lektin ən əhəmiyyətli və geniş yayılan metod və vasitələrini araşdırmaq və qiymətləndirməkdir.

Tədqiqatın metodologiyası - müasir dövrdə statistik informasiyanın təhlilinin mühüm perspektiv isti­qamətləri iri həcmli məlumatların (Big Data) tam təhlili məqsədilə cari statistik metodologiyanın təkmil­ləş­diril­məsi, süni intellektin  metod və vasitələrindən geniş istifadə edil­məsidir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - rəqəmsal  texnologiyalar kontekstində statistik informa­si­yanın təh­lili metodikasının təkmilləşdirilməsinin əsas istiqamətlərindən biri maşınla öyrənmə metodları əsasında iri həcmli məlumatların təhlilinə metodiki yanaşmanın işlənib hazırlan­ması­dır. Maşınla öyrənmə metod­ları ənənəvi statistik metodlarla müqayisədə daha çevikdir ki, bu da təc­rü­bədə statistik infor­ma­siyanın təhlili prosesinə müsbət təsir göstərə bilər.

 Tədqiqatın nəticələri - tədqiqat prosesində maşınla öyrənmə metodları bazasında statis­tik infor­ma­siyanın təhlili metodikasına, əsas üstünlüklərinə, maşınla öyrənmə alqoritminin qu­rul­ması mərhələlərinin xarak­teristikasına baxılır ki, bu da süni intellektin köməyi ilə məlu­mat­ların təhlili keyfiyyətinin, həmçinin bütün səviy­yələrdə qərar qəbul etmənin informasiya təmi­natının analitik imkanlarının artırılmasında mühüm praktiki əhəmiy­yəti ola bilər.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - cəmiyyətin tərəq­qisinin və dövlət siyasətinin sə­mə­rəli­liyinin qiy­mətləndiril­məsinin mühüm vasitəsi kimi çıxış edən sta­tistikanın qlobal çağı­rış­lara adekvat­lığının təmin edilməsi məqsədilə perspektivdə məlumatların təhlilində süni intel-lekt texnologiyaların tətbiqi imkanları və meylləri, həmçinin  beynəlxalq layihələrin rolu kon­kret­ləşdirilmişdir ki, bu da orijinal bir tədqiqat işi kimi dəyərləndirilə bilər.

Açar sözlər: statistika, süni intellekt, iri həcmli məlumatlar, məlumatların təhlili, dərin təh­lil, maşınla öyrənmə, neyron şəbəkələri.

http://doi.org/10.59610/bbu4.2025.4.1

Fayl

PDF

Buraxılış

№4 - 2025

Müəllif

Əliyev Əli İmaş oğlu

Musayev Eldar Mərdan oğlu