ELEKTRON TİCARƏTDƏ MÜŞTƏRİYÖNÜMLÜ İDARƏETMƏNİN NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI

X Ü L A S Ə

Tədqiqatın məqsədi - rəqəmsallaşma və süni intellektin (Sİ) elektron ticarətdə artan inteqrasiyası iqtisadi təhlükəsizlik mənzərəsini dəyişdirərək həm imkanlar, həm də çağırışlar yaradıb. Bu tədqiqat Sİ əsaslı həllərin elektron ticarətdə səmərəliliyi artırmaq, fırıldaqçılığı aşkar etmək və normativ uyğunluğu yaxşılaşdırmaq baxımından təsirlərini araşdırır. Eyni zamanda, məlumatların təhlükəsizliyi və etik məsələlərlə bağlı əsas risklər də təhlil edilir və innovasiyaların təhlükəsizliklə balanslaşdırılması üçün strategiyalar müəyyənləşdirilir.

Tədqiqatın metodologiyası - bu tədqiqat qarışıq metodlardan istifadə edir, Sİ-nin rəqəmsal ticarətdə təhlükəsizliyin təminindəki rolunu qiymətləndirmək üçün keyfiyyət və kəmiyyət yanaşmalarını birləşdirir. Akademik ədəbiyyatın, sənaye üzrə case-studiyaların və statistik məlumatların geniş təhlili vasitəsilə mövcud trendlər və səmərəli təcrübələr müəyyən edilir. Araşdırma, həmçinin Sİ-nin fırıldaqçılığın aşkarlanması, təchizat zənciri təhlükəsizliyi və məxfiliyin qorunması sahəsində effektivliyini qiymətləndirir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - bu tədqiqatın nəticələri elektron ticarət müəssisələri, siyasətçilər və tənzimləyici qurumlar üçün faydalı tövsiyələr təqdim edir. Sİ-nin iqtisadi təhlükəsizliyə təsirini anlamaqla, müəssisələr riskləri proaktiv şəkildə idarə edə və rəqəmsal əməliyyatlara etimadı artıra bilərlər. Siyasətçilər isə bu nəticələrə əsaslanaraq normativ çərçivələri təkmilləşdirə və Sİ-nin etik və təhlükəsizlik standartlarına uyğun tətbiqinə şərait yarada bilərlər.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - əvvəlki tədqiqatlar elektron ticarətdə Sİ-nin tətbiqini araşdırsa da, bu tədqiqat təhlükəsizlik yönümlü yanaşmaları birləşdirərək Sİ-nin iqtisadi dayanıqlığa təsirini daha geniş miqyasda təhlil edir. Texnoloji yenilikləri təhlükəsizlik çağırışları ilə əlaqələndirməklə bu tədqiqat rəqəmsal bazarlarda dayanıqlı Sİ tətbiqi ilə bağlı elmi diskursa töhfə verir.

Açar sözlər: elektron ticarət, müştəriyönümlü idarəetmə, CRM (müştəri münasibət­ləri­nin idarə olunması), rəqəmsal strategiya, süni intellektlə fərdiləşdirmə, davranış analizləri, çevik metodologiya, biznes performansı.

 

http://doi.org/10.59610/bbu3.2025.3.15

Fayl

PDF

Buraxılış

№3 - 2025

Müəllif

Abdullayev Abdulla İbrahim oğlu