Tədqiqatın məqsədi – Azərbaycanda neft sahəsində ekoloji-iqtisadi problemlərin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərinin tədqiqindən ibarətdir. Bu məqsədlə, ekoloji-iqtisadi sistemin mahiyyəti və xüsusiyyətləri üzrə problemlər açıqlanmış və sistemləşdirilmişdir. Neft sahəsində ekoloji-iqtisadi problemlərin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə baxılmışdır. Ekoloji-iqtisadi amilin ölkənin dayanıqlı və davamlı inkişafında roluna və təsirinə diqqət yönəldilmişdir. Neft hasilatı proseslərində ətraf mühitin və atmosferin çirklənməsi ilə bağlı problemlərin həlli yolları üzrə araşdırmalar aparılmışdır. Neft sənayesi müəssisələrində tullantısız texnologiyalardan istifadənin genişləndirilməsinin vacibliyi əsaslandırılmışdır. Dünyada ekoloji problemlərin artdığı bir dövrdə neft sənayesində ekoloji-iqtisadi fəaliyyətin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətləri üzrə yeni yanaşmalar müəyyənləşdirilmişdir.
Tədqiqatın metodologiyası – baxılan problemlər üzrə sistemli və müqayisəli təhlil, Azərbaycanda neft sahəsində ekoloji-iqtisadi problemlərin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı maksimum səmərəli üslublardan, metodlardan, həmçinin həmin problemlərə dair müxtəlif tədqiqatçıların fikirlərindən ibarətdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – əldə olunmuş nəticələrdən və elmi-iqtisadi müddəalardan, verilmiş təkliflərdən ölkəmizin neft sahəsində ekoloji-iqtisadi problemlərin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətləri üzrə fəaliyyət strategiyalarının, kompleks tədbirlərin və dövlət proqramlarının hazırlanmasında istifadə edilə bilər.
Tədqiqatın nəticələri – Azərbaycanda neft sahəsində ekoloji-iqtisadi problemlərin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətləri üzrə müasir dövrün tələbləri nəzərə alınmaqla yanaşmaların müəyyənləşdirilməsi, mövcud problemlərin həlli yolları üzrə tövsiyələrin hazırlanması və təkliflərin verilməsindən ibarətdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – işdə araşdırılması nəzərdə tutulan aktual problemlər üzrə qlobal iqtisadi və ekoloji çağırışlar prizmasından yanaşmalar müəyyənləşdirilmiş və müasir baxış formalaşdırılmışdır. Neft sahəsində ekoloji-iqtisadi problemlərin idarəetmə mexanizmlərin təkmilləşdirilməsinin obyektiv zərurət olduğu əsaslandırmışdır. Ekoloji-iqtisadi amilin strateji səviyyədə dəyərləndirilməsi və neft hasilatı proseslərində obyektiv qiymətləndirilməsi təmin olunmuşdur. Neft sahəsi müəssisələrində ekoloji-iqtisadi problemlərin idarə olunması, həll yollarının tapılması proseslərinin səmərəli təşkilinin vacibliyinə diqqət yönəldilmişdir. Ekoloji-iqtisadi sistemin işlək idarəetmə mexanizmlərinin yaradılmasının strateji əhəmiyyəti əsaslandırılmışdır. Azərbaycanda neft sahəsinin iqtisadiyyatda aparıcı rolu əsas götürülməklə, ekoloji-iqtisadi problemlərin həlli istiqamətində fəaliyyət proseslərinin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi yolları üzrə uzunmüddətli dövr nəzərə alınmaqla təkliflər hazırlanmışdır.
Açar sözlər: ekoloji-iqtisadi problemlər, neft sahəsi, ekoloji-iqtisadi sistem, ekoloji-iqtisadi problemlərin idarəetmə mexanizmləri, ekoloji-iqtisadi problemlərin müasir aspektləri, idarəetmə mexanizmlərinin səmərəliliyi, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətləri.