X Ü L A S Ə
Tədqiqatın məqsədi - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sənaye siyasətinin həyata keçirilməsinin demoqrafik proseslərə təsirini öyrənmək və bu təsirlərin uzunmüddətli inkişaf perspektivlərini müəyyən etməkdir.
Tədqiqatın metodologiyası - araşdırmada müqayisəli təhlil, statistik göstəricilərin işlənməsi, cədvəl və qrafiklər əsasında qiymətləndirmə üsulları tətbiq olunmuşdur.
Tədqiqatın tətbiqi əhəmiyyəti - nəticələr dövlət orqanlarının, iqtisadi siyasət qurumlarının və sosial layihə planlaşdırıcılarının işğaldan azad edilmiş ərazilərin bərpasında qərarvermə prosesinə faydalı töhfə verə bilər.
Tədqiqatın nəticələri - analiz göstərir ki, sənaye zonalarının inkişafı bölgədə əhali artımı, məskunlaşma və sosial rifah səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - məqalə işğaldan azad olunmuş ərazilərdə sənaye-demoqrafik əlaqələrin öyrənilməsinə həsr edilmiş ilk sistemli yanaşmalardan biridir və mövcud statistika əsasında real qiymətləndirmə təqdim edir.
Açar sözlər: sənaye siyasəti, demoqrafiya, Qarabağ, Şərqi Zəngəzur, bərpa, inkişaf.