X Ü L A S Ə
Tədqiqatın məqsədi - iqtisadi fəaliyyətin qədim və orta əsr düşüncə sistemlərində formalaşan mənəvi və mədəni dəyərlərlə necə izah edildiyini araşdırmaq və bu yanaşmaların tarixi kontekstini təhlil etməkdir.
Tədqiqatın metodologiyası - araşdırma retrospektiv və müqayisəli yanaşmadan istifadə etməklə mənəviyyatın iqtisadi fəaliyyətə təsiri baxımından tarixi-fəlsəfi və dini mətnləri təhlil edir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqat nəticələri göstərir ki, iqtisadi siyasətlərin hazırlanmasında yalnız texniki faktorlar deyil, mənəvi dəyərlər də nəzərə alınmalıdır. Bu baxış iqtisadi inkişafın sosial sabitlik və ədalət kimi dəyərlərlə daha dayanıqlı şəkildə təmin edilə biləcəyini göstərir.
Tədqiqatın nəticələri - iqtisadi düşüncə tarixən mənəvi və əxlaqi çərçivələrlə formalaşmış, müxtəlif dövrlərdə din, fəlsəfə və mədəniyyət vasitəsilə şərh edilmişdir. Müasir dövrün inkişaf nəzəriyyələri klassik mənəvi dəyərlərlə əlaqəli şəkildə daha əhatəli və effektiv baxış bucaqları ortaya qoyur.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - bu tədqiqat qədim və orta əsrlərdəki iqtisadi düşüncələri sistemli şəkildə mənəvi kontekstdə araşdırmaqla mövzuya yeni bir yanaşma təqdim edir.
Açar sözlər: iqtisadi düşüncə tarixi, iqtisadi fəaliyyət, əxlaq, din, mənəvi dəyərlər.