X Ü L A S Ə
Tədqiqatın məqsədi - qeyri-səlis zaman sıralarından (FTS) istifadə etməklə İKT sektorunda məhsul (xidmətlər) buraxılışının proqnozlaşdırılmasıdır.
Tədqiqatın metodologiyası - tədqiqatın gedişində statistik göstəricilərin emalı üsullarından, diskret təsvirlərdən, qeyri-səlis məntiq və implikasiya qaydalarından, qeyri-səlis riyazi aparatdan, həmçinin müasir proqramlaşdırma paketlərindən istifadə olunmuşdur.
Tədqiqatın tətbiqi əhəmiyyəti - real hadisələr müəyyən qeyri-müəyyənliklə bağlı olduğundan, zaman sırasında hər bir göstərici üçün mənsubiyyət funksiyası ilə xarakterizə olunan qeyri-səlis dəyişən təyin edilə bilər. Qeyri-səlis zaman sıraları problemin öhdəsindən gəlməyə, həm ədədi, həm də linqvistik məlumatları emal etməyə, həmçinin, yeni qanunauyğunluqlar kəşf etməyə və digər modellər üçün əlçatmaz olan bilikləri çıxarmağa imkan verir.
Tədqiqatın nəticələri - təqdim olunmuş məqalədə orta aylıq nominal əmək haqqını proqnozlaşdırmaq üçün statistik göstəricilərin toplanması və ehtimal olunan gələcək tendensiya haqqında nəticələr əldə edilir. Beləliklə, zaman sıraları əsasında modelləşdirmə və proqnozlaşdırma sahəsindəki müasir vəziyyət Times-Series Data Mining adlı metodların və süni intellekt texnologiyalarına əsaslanan modellərin tətbiqi istiqamətində gələcək inkişafı ilə xarakterizə olunur .
Tədqiqatın orijinallığı və elmi yeniliyi - qeyri-səlis zaman sıraları ilə modelləşdirmə üsullarının öyrənilməsi, onların imkan və çatışmazlıqlarının təhlili bir sıra həll edilməmiş problemləri aşkar etdi: proqnozun dəqiqliyi və informativliyinin artırılması problemi, qeyri-səlis modelləşdirmənin səmərəlilik meyarları və nəticələrin qiymətləndirilməsi üsullarının olmaması və s.
Açar sözlər: qeyri-səlis zaman sırası, qeyri-səlis münasibətlər, trendin proqnozlaşdırılması.