X Ü L A S Ə
Tədqiqatın məqsədi – idarəetmə münasibətlərinin rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasındakı rolunun qiymətləndirilməsi və səmərəliliyin artırılması üçün effektiv rəqabət strategiyalarının müəyyənləşdirilməsidir.
Tədqiqatın metodologiyası - müqayisəli və sistemli təhlil, analiz və sintez, həmçinin məntiqi ümumiləşdirmə metodlarından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – idarəetmə münasibətlərinin iqtisadiyyatın inkişafındakı rolunun müəyyən edilməsi və qiymətləndirilməsidir.
Tədqiqatın nəticələri – iqtisadiyyatın müxtəlif sahələrində idarəetmə münasibətləri üzrə təkliflərin konkretləşdirilməsi və elmi əsaslandırılması.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – idarəetmə sisteminin ölkənin rəqabətqabiliyyətliliyinin artırılmasında rolunun qiymətləndirilməsi və təhlil edilməsidir.
Açar sözlər: idarəetmə sistemi, rəqabətqabiliyyətlilik, dövlət tənzimlənməsi, iqtisadi təhlükəsizlik, rəqəmsallaşma, qlobal rəqabətlilik.