AZƏRBAYCAN RESPUBLİKASINDA AQROTURİZMİN YARANMASI VƏ ONUN İNKİŞAF ETDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ

X Ü L A S Ə

Tədqiqatın məqsədi – Azərbaycan Respublikasında aqroturiz­min yaranması və  onun inkişaf etdirilməsi istiqamətlərinin öyrənilməsi və bu sahədə müəyyən təkliflərin hazır­lan­masıdır.

Tədqiqatın metodologiyası – tədqiqat prosesində müqayisə, təhlil, sintez və digər me­tod­lardan istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – məqalədə aqroturizmin inkişaf etdirilməsi kənd əha­lisinin həyatına, onların məşğulluq səviyyəsinin yüksəldilməsinə, gəlirlərinin artmasına təsiri nəzərdən keçirilir. Bu istiqamətdə tətbiqi  əhəmiyyətli olan təkliflər də formalaş­dırıl­mışdır.

Tədqiqatin nəticələri – təklif olunan tədbirlərin tətbiqi kənd əhalisinin sosial – iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına səbəb ola bilər.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – aqroturizmin inkişaf etdirilməsi istiqamətində beynəlxalq təcrübəyə əsaslanaraq mövcud yanaşmalar sistemləşdirilərək formalaşdırılmışdır.

Açar sözlər: aqroturizm, kənd əhalisinin gəlirləri, infrastruktura, marketinq, ferma, ailə təsərrüfatı, ekoloji turizm.

http://doi.org/10.59610/bbu2.2025.2.13

Fayl

PDF

Buraxılış

№2 - 2025

Müəllif

Məlikov Anar Balabəy oğlu