X Ü L A S Ə
Tədqiqatın məqsədi - Azərbaycanda rəqəmsal marketinqin inkişaf amilləri və perspektivlərini araşdırmaqdır.
Tədqiqatın metodologiyası - müqayisəli təhlil metoduna əsaslanır.
Tədqiqatın tətbiqi əhəmiyyəti - marketinq sahəsində çalışanlar, eləcə də iqtisadiyyat ilə maraqlananlar üçün faydalıdır. Azərbaycan bu imkanlardan yararlanmaqla öz iqtisadi mənzərəsini inkişaf etdirə və yerli biznes üçün qlobal bazarda rəqabət üstünlüyünə nail ola bilər.
Tədqiqatın nəticələri - Azərbaycanda rəqəmsal marketinq sahəsi üzrə davamlı olaraq ixtisaslı kadrların yetişdirilməsi, bu istiqamətdə həm dövlət, həm də özəl müəssisələr tərəfindən təlim proqramlarının həyata keçirilməsi, innovativ texnologiyalara investisiyaların yatırılması və bizneslərin rəqəmsallaşma strategiyalarını gücləndirməsi gələcəkdə Azərbaycanın regionda rəqəmsal marketinq sahəsində ciddi rəqabət üstünlüyü əldə etməsinə imkan yaradacaqdır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - Kiçik və orta müəssisələr (KOB) müştəri bazalarını genişləndirmək, məhsul və xidmətlərini təqdim etmək üçün rəqəmsal platformalardan istifadə etməklə əhəmiyyətli dərəcədə faydalanır və gəlir əldə edirlər. Eynilə, rəqəmsal marketinq strategiyaları turizm sektorunda beynəlxalq ziyarətçiləri cəlb etmək və şirkətlərin qlobal əhatə dairəsini artırmaq üçün istifadə olunur. Bundan əlavə, Azərbaycanda rəqəmsal marketinqin inkişafı, məlumatların transformasiyası və texnoloji tərəqqi üçün dövlət dəstəyi və təşəbbüsləri də bu yolda böyük dəstəkdir.
Açar sözlər: Azərbaycan, rəqəmsal marketinq, biznes, KOB, texnologiya, marketinq, inkişaf.