AZƏRBAYCANIN İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİNDƏ İNNOVATİV YÜNGÜL SƏNAYE İNFRASTRUKTURUNUN FORMALAŞDIRILMASI İSTİQAMƏTLƏRİ

XÜLASƏ

Tədqiqatın məqsədi – Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sənaye sektorunun, xüsusilə yüngül sənaye sahəsinin inkişafı üzrə əvvəlki ənənələrin müasir tələblərə uyğun şəkildə bərpası və bu əsasda regionun ölkə iqtisadiyyatına reinteqrasiyasının sürətləndirilməsi istiqamətində elmi əsaslandırılmış təkliflərin irəli sürülməsindən ibarətdir.

Tədqiqatın metodologiyası - tədqiqatda müqayisəli təhlil, müşahidə, sintez, GZİT analizi, statistik təhlil və ümumiləşdirmə kimi elmi-metodoloji yanaşmalardan istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqat nəticəsində işğaldan azad olunmuş ərazilərdə innovativ yüngül sənaye müəssisələrinin yaradılması ilə bağlı təkliflər irəli sürülmüş, eyni zamanda bu istiqamətdə nəzərdən keçirilmiş sahələrin gələcəkdə regionun infrastruktur inkişafı üzrə dövlət planlarında istifadə imkanları qiymətləndirilmişdir.

Tədqiqatın nəticələri - əldə edilmiş nəticələr göstərir ki, regionda yüngül sənaye üzrə innovativ müəssisələrin təşkili iqtisadi fəallığı stimullaşdıra, məşğulluq səviyyəsini artıra və ölkə üzrə iqtisadi genişlənməyə töhfə verə bilər.

Tədqiqatın orijinallığı və elmi yeniliyi ondan ibarətdir ki, Qarabağ xalçalarının NFT formatında satış potensialı və Şərqi Zəngəzur iqtisadi ərazisində “Smart Tekstil” müəssisələrinin yaradılması imkanları təhlil edilmiş, bu əsasda sosial və istehsal sahələrinin təkmilləşdirilməsi istiqamətində konkret təkliflər irəli sürülmüşdür.

Açar sözlər: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, yüngül sənaye, innovativ infrastruktur, regional iqtisadi inkişaf, işğaldan azad edilmiş ərazilər, xalçaçılıq.

 

 

 

http://doi.org/10.59610/bbu2.2025.2.10

Fayl

PDF

Buraxılış

№2 - 2025

Müəllif

Zəkizadə Seyidmahir Samir oğlu