AZƏRBAYCAN RESPUBLİKASININ İŞGÜZAR TURİZM BAZARINDA MARKETİNQ TƏDQİQATLARININ İNKİŞAF PROBLEMLƏRİ VƏ PERSPEKTİVLƏRİ

X Ü L A S Ə

Tədqiqatın məqsədi - Azərbaycan Respublikasında biznes turizmi sahəsində (xüsusilə MICE seqmenti üzrə) marketinq tədqiqatlarının mövcud vəziyyətinin və inkişaf perspek­tivlərinin təhlili, bu tədqiqatların strateji planlaşdırmada, turizm operatorlarının fəaliyyətinin səmərəliliyinin artırılmasında və turizm xidmətlərinin yaxşılaşdırılmasındakı rolunun müəyyən edilməsi.

Tədqiqatın metodologiyası - tədqiqatda kəmiyyət və keyfiyyət metodları tətbiq olun­muşdur. İlkin və ikinci dərəcəli mənbələrin təhlili, anket sorğuları, müşahidə, fokus qrup­lar, eləcə də 2019–2023-cü illər ərzində regionlar və tədbir növləri (MICE) üzrə biznes turizmin dinamikasının müqayisəli təhlili aparılmışdır.

Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqat nəticələri aşağıdakı istiqamətlərdə əsaslı baza rolunu oynayır:

-  biznes turizmi üçün uyğunlaşdırılmış marketinq strategiyalarının hazırlanması;

-  turizm məhsulunun tələbat tendensiyalarına uyğun planlaşdırılması;

-  Bakıdan kənarda keçirilən turizm tədbirlərinin coğrafi paylanmasının təhlili;

-  Azərbaycan turizm bazarının rəqabət qabiliyyətinin artırılması.

Tədqiqatın nəticələri:

-  İşgüzar görüşlərin ümumi azalmasına baxmayaraq, konqreslərin, sərgilərin və incen­tiv turların sayında artım qeydə alınmışdır;

-  2023-cü ildə MICE tədbirlərinin regionlarda keçirilməsində artım müşahidə olun­muşdur (Bakı-regionlar nisbəti: 46:54);

-  Turizm tələbatının və istehlakın dəqiq ölçülməsi ilə bağlı problemlər müəyyən olun­muş­dur;

-  Turizmdə marketinqin əlçatanlığının və effektivliyinin artırılmasında rəqəm­sallaşmanın və onlayn xidmətlərin əhəmiyyəti vurğulanmışdır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - məqalədə Azərbaycanın biznes turizminə uyğunlaşdırılmış marketinq tədqiqatlarının strukturlaşdırılmış təsnifatı təqdim olunur. Beşillik real məlumatlar əsasında empirik təhlil aparılmışdır. Müəllif dayanıqlı inkişafın və turizm sahəsində rəqəmsal transformasiyanın zəruriliyinə diqqət çəkir.

Açar sözlər: biznes turizmi, marketinq tədqiqatları, turizm bazarı, Azərbaycan, MICE, tələb, strateji planlaşdırma, regionlar, rəqəmsallaşma, dayanıqlı inkişaf.

http://doi.org/10.59610/bbu2.2025.2.9

Fayl

PDF

Buraxılış

№2 - 2025

Müəllif

Cəfərli Humay Cəfər qızı