AZƏRBAYCANDA XARİCİ TİCARƏTİN ƏMƏLİYYAT NÖVLƏRİ ÜZRƏ QİYMƏTLƏNDİRİLMƏSİ

X Ü L A S Ə

Tədqiqatın məqsədi - xarici ticarət əməliyyat növləri üzrə təhlil edib qiymətləndirmələr etmək, dinamikaya təsir edən amilləri müəyyənləşdirmək.  

Tədqiqatın metodologiyası - məqalədə statistik göstəricilər əsasında analitik təhlil, milli valyuta və sərbəst dönərli valyutalarla (SDV) əməliyyatların beynəlxalq metodologiya bazasında təhlili verilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - məqalədə əldə edilən nəticələr və qiymətləndirmələr bu sahə üzrə araşdırma aparan tədqiqatçılar, idxal-ixrac əməliyyatlarının subyektləri üçün praktiki əhəmiyyətə malikdir. 

Tədqiqatın nəticələri - Məqalədə əldə olunan nəticələr dövlətin xarici ticarət üzrə həyata keçirtdiyi tədbirlərin müsbət nəticələr verdiyini göstərir. Tədqiqat onu göstərdi ki, qeyri-müəyyənliklərin təsirlərini minimuma endirmək üçün hökümətlər müvafiq önləyici tədbirlər görməlidirlər.

Tədqiqatın orjinallığı və elmi yeniliyi - məqalədə təqdim olunan elmi yanaşma və qiy­mətləndirmələr əməliyyat növləri üzrə milli valyutada əməliyyatların aparılması miqyasının genişləndirilməsi zəruriliyini ortaya qoymuşdur.

Açar sözlər: xarici ticarət, idxal, ixrac, əməliyyat növləri, milli valyuta, SDV, qlobal­laş­ma, pandemiya, dinamika, təhlil, qiymətləndirmə və s. 

 

http://doi.org/10.59610/bbu2.2025.2.6

Fayl

PDF

Buraxılış

№2 - 2025

Müəllif

Mustafayev Asif Mirlazım oğlu

Bayramov İlkin Ramiz oğlu