AZƏRBAYCANIN SIĞORTA BAZARININ MÖVCUD PROBLEMLƏRİ VƏ ONLARIN HƏLLİ YOLLARI

X Ü L A S Ə

Tədqiqatın məqsədi – müasir dövrdə Azərbaycanın sığorta bazarındakı problemlərin həlli yollarının müəyyənləşdirilməsi istiqamətində təklif və tövsiyələrin verilməsindən iba­rətdir.

Tədqiqatın metodologiyası – tədqiqat işində ümumiləşdirmə, iqtisadi təhlil, məntiqi ümu­miləşdirmə metodlarından istifadə olunmuşdur.

Tədqiqatın tətbiqi əhəmiyyəti – bu tədqiqat müxtəlif maraqlı tərəflər, o cümlədən sığorta şirkətlərində çalışanlar, maliyyə sahəsində təhsil alanlar və sığorta ekspertləri üçün əhəmiyyətli ola bilər.

Tədqiqatın nəticəsi – sığorta bazarının uğurlu fəaliyyətinin təmin edilməsi məqsədilə mövcud problemlərin aşkar edilməsi və onların aradan qaldırılması olduqca zəruridir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – Azərbaycanın sığorta bazarında mövcud problemlərin həlli yolları müəyyən edilmiş və sistemləşdirilmişdir.

Açar sözlər: sığorta bazarı, problemlər, sığorta şirkətləri, həyat sığortası.

 

http://doi.org/10.59610/bbu2.2025.2.4

Fayl

PDF

Buraxılış

№2 - 2025

Müəllif

Həsənov İsmayıl Cəfər oğlu

Əlizadə Şəmşad Nəbi oğlu