DÜNYA NEFT QİYMƏTLƏRİNİN DƏYİŞKƏNLİYİNİN DAYANIQLI İNKİŞAFA TƏSİRLƏRİNİN STATİSTİK QİYMƏTLƏNDİRİLMƏSİ

X Ü L A S Ə

Tədqiqatın məqsədi - dünya neft qiymətlərindəki dəyişikliklərin Azərbaycan iqtisadiy­yatının dayanıqlı inkişaf indikatorlarına  təsirinin statistik üsullarla təhlil edilməsidir.

Tədqiqatın metodologiyası - dünya neft qiymətləri ilə Azərbaycanın dayanıqlı inkişaf göstəriciləri arasındakı əlaqəni deskriptiv statistika, korelyasiya və reqressiya analizi kimi iqtisadi-statistik üsullar və zaman sıralı modellər vasitəsilə empirik qiymətləndirməyə əsaslanır.

Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqat nəticələri enerji resurslarından asılı iqtisadiyyatlar üçün dayanıqlı inkişaf siyasətlərinin formalaşdırılmasında və neft qiymətlərinin makro­iqtisadi təsirlərinə uyğun optimal fiskal qərarların verilməsində praktik istiqamətverici rol oynayır.

Tədqiqatın nəticələri - dünya neft qiymətlərindəki dəyişkənlik Azərbaycanın ÜDM-i və qeyri-neft ÜDM-inə güclü müsbət təsir göstərir, inflyasiyaya zəif, sosial xərclərin büdcədəki payına isə əhəmiyyətli mənfi təsir edir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – bu tədqiqat çərçivəsində ilk dəfə olaraq dünya neft qiymətlərinin Azərbaycanın dayanıqlı inkişaf indikatorlarına təsiri uzunmüddətli zaman sırası məlumatları əsasında statistik modellərlə sistemli şəkildə qiymətləndirilmişdir.

Açar sözlər: neft qiymətləri, dayanıqlı inkişaf, qeyri-neft ÜDM, ekonometrik təhlil, mak­roiqtisadi sabitlik.

http://doi.org/10.59610/bbu2.2025.2.1

Fayl

PDF

Buraxılış

№2 - 2025

Müəllif

Cavadov Ramiz Cavad oğlu