X Ü L A S Ə
Tədqiqatın məqsədi - paylayıcı logistika sistemlərinin nəzəri əsaslarını və idarə edilmə mexanizmlərini araşdırmaq, Azərbaycanın bu sahədəki potensialını qiymətləndirmək və inkişaf perspektivləri üçün təkliflər irəli sürməkdir.
Tədqiqatın metodologiyası - sistemli yanaşma, müqayisəli təhlil və sintez metodlarından istifadə olunmuşdur.
Tədqiqatın tətbiqi əhəmiyyəti - təhlil olunan idarəetmə mexanizmləri və tətbiq olunan müasir texnologiyalar vasitəsilə şirkətlər logistika xərclərini optimallaşdıra, təchizat zəncirinin effektivliyini artıra və müştəri məmnuniyyətini yüksəldə bilərlər.
Tədqiqat nəticələri - dövlət orqanları və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən biznes strukturları üçün logistika siyasətinin formalaşdırılmasında istifadə oluna bilər.
Tədqiqatın orijinallıgı və elmi yeniliyi - müasir dövrdə sürətlə dəyişən iqtisadi və texnoloji şəraitdə paylayıcı logistika sistemlərinin idarə edilməsinə yeni yanaşmalar təklif olunur. Elmi yenilik ondan ibarətdir ki, bu işdə paylayıcı logistika sistemlərinin idarə olunmasında rəqəmsal texnologiyaların – xüsusilə Big Data analitikası, süni intellekt alqoritmləri və avtomatlaşdırılmış qərar qəbuletmə sistemlərinin rolu qiymətləndirilir.
Açar sözlər: paylayıcı logistika, idarəetmə mexanizmləri, təchizat zənciri, informasiya texnologiyaları, strateji planlaşdırma, logistik şəbəkə.
http://doi.org/10.59610/bbu1.2025.1.14