X Ü L A S Ə
Tədqiqatın məqsədi – aqrar sahədə və kənd yerlərində əmək ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə aqrar emal sənayesinin inkişaf etdirilməsi istiqamətlərinin işlənib hazırlanmasından ibarətdir.
Tədqiqatın metodologiyası – araşdırma zamanı sistemli və kompleks yanaşma, induksiya və deduksiya metodlarından istifadə edilib, aqrar emal sənayesinin inkişafının əmək ehtiyatlarından səmərəli istifadəyə təsiri müxtəlif aspektlərdən müqayisəli təhlil edilib və müvafiq ümumiləşdirmələr aparılıb.
Tədqiqatın tətbiqi əhəmiyyəti – alınmış nəticələrdən, irəli sürülmüş təklif və tövsiyələrdən aqrar sahədə, emal sənayesinin inkişafında nəzəri və praktiki problemlərin həll olunmasında, eləcə də kənd yerlərinin inkişafında istifadə edilə bilər.
Tədqiqatın nəticələri – ölkə iqtisadiyyatında və eləcədə aqrar sahədə iqtisadi inkişaf imkanları nəzərə alınmaqla regionlarda əmək ehtiyatlarından səmərəli istifadənin və rəqabətqabiliyyətli istehsalın təmin olunması üzrə təklif və tövsiyələrin işlənib hazırlanmasından ibarətdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – məqalədə regionlarda əmək ehiyatlarından səmərəli istifadənin təmin edilməsi baxımından aqrar emal sənayesi sahələrinin innovativ inkişafının əhəmiyyəti vurğulanmışdır. Eyni zamanda regionlarda kənd təsərrüfatı məhsullarının emalı sahəsini inkişaf etdirmək və əmək ehtiyatlarından səmərəli istifadəni təmin etmək üçün rəqəmsal inkişafın və innovativ texnologiyaların tətbiqi istiqamətlərinin müəyyən edilməsi işin orijinallığını və elmi yeniliyini əhatə edir.
Açar sözlər: aqrar sahə, emal sənayesi, əmək ehtiyatları, səmərəli istifadə, məşğulluq səviyyəsi, gəlirlər.
http://doi.org/10.59610/bbu1.2025.1.13