RƏQƏMSALLAŞMA VƏ SÜNİ İNTELLEKTİN ELEKTRON TİCARƏTDƏ İQTİSADİ TƏHLÜKƏSİZLİYƏ TƏSİRİ

X Ü L A S Ə
Tədqiqatın məqsədi – rəqəmsallaşma və süni intellektin (Sİ) elektron ticarətdə artan inteqrasiyası iqtisadi təhlükəsizlik mühitini dəyişmiş, həm imkanlar, həm də risklər yaratmışdır. Bu tədqiqat Sİ əsaslı həllərin elektron ticarətdə səmərəliliyi artırmaq, fırıldaqçılığı aşkar etmək və normativ uyğunluğu yaxşılaşdırmaq baxımından təsirlərini araşdırır. Eyni zamanda, məlu-matların təhlükəsizliyi və etik məsələlərlə bağlı əsas risklər də təhlil edilir və innovasiyaların təhlükəsizliklə balanslaşdırılması üçün strategiyalar müəyyənləşdirilir.
Tədqiqatın metodologiyası – tədqiqat qarışıq metodlardan istifadə etməklə, Sİ-nin rəqəmsal ticarətdə təhlükəsizliyi təmin etməkdəki rolunu keyfiyyət və kəmiyyət yanaşmaları əsasında analiz edir. Akademik ədəbiyyatın, sənaye üzrə «case-study»ların və statistik məlu-matların təhlili vasitəsilə trendlər və effektiv praktikalara nəzər salınır. Fırıldaqçılığın aşkarlanması, təchizat zəncirində təhlükəsizlik və məxfilik mexanizmlərinin effektivliyi dəyərləndirilir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – tədqiqat nəticələri e-ticarət şirkətləri, siyasətçilər və tənzimləyici orqanlar üçün faydalı məlumatlar təqdim edir. Sİ-nin iqtisadi təhlükəsizliyə təsirini anlamaqla, şirkətlər riskləri proaktiv şəkildə idarə edə və rəqəmsal əməliyyatlara etimadı artıra bilərlər. Siyasətçilər isə bu nəticələrə əsaslanaraq etik və təhlükəsizlik standartlarına cavab verən normativ çərçivələri inkişaf etdirə bilərlər.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - əvvəlki araşdırmalar Sİ-nin elektron ticarətdə tətbiqini araşdırsa da, bu tədqiqat təhlükəsizlik kontekstini də əlavə etməklə daha geniş baxış təqdim edir. Texnoloji yeniliklərlə təhlükəsizlik çağırışlarını birləşdirərək, bu iş rəqəmsal bazarlarda davamlı Sİ tətbiqi mövzusunda elmi diskursa töhfə verir.
Açar sözlər: süni intellekt, rəqəmsallaşma, iqtisadi təhlükəsizlik, elektron ticarət, kiber-təhlükəsizlik, risklərin idarə olunması, biznesdə Sİ, normativ uyğunluq.

http://doi.org/10.59610/bbu1.2025.1.9

Fayl

PDF

Buraxılış

№1 - 2025

Müəllif

Abdullayev Abdulla İbrahim oğlu