X Ü L A S Ə
Tədqiqatın məqsədi – Azərbaycanın kənd təsərrüfatı sektorunun hazırkı vəziyyətinin təhlilini təqdim etmək, rəqəmsal texnologiyaların tətbiqi dərəcəsini və onların kənd təsərrüfatının səmərəliliyinə və davamlı inkişafına təsirini qiymətləndirmək. Tədqiqat həm də rəqəmsallaşma yolunda kənd təsərrüfatı müəssisələrinin üzləşdiyi problem və maneələrin müəyyən edilməsi və onların aradan qaldırılması üçün təkliflərin verilməsi məqsədi daşıyır.
Tədqiqatın metodologiyası – müqayisəli və sistemli təhlil, iqtisadi-statistik metod, məntiqi ümumiləşdirmə kimi metodlardan istifadə edilmişdir.
Tədqiqatın tədbiqi əhəmiyyəti – aqrar sektorda rəqəmsal texnologiyalardan istifadəyə dair məqalədə təklif olunan nəticələr və təkliflər şirkətlər, firmalar və fərdi sahibkarlar tərəfindən istifadə oluna bilər ki, bu da kənd təsərrüfatı istehsalının səmərəliliyinin artırılmasına kömək edəcək. Bundan əlavə, təqdim olunan tədqiqat kənd təsərrüfatı sahəsinin tədqiqatçıları və mütəxəssisləri, eləcə də Azərbaycanda aqrar sektorun və rəqəmsal texnologiyaların inkişafına maraq göstərənlər üçün faydalı olacaqdır.
Tədqiqatın nəticələri – rəqəmsal texnoloqiyaların istifadəsi kənd təsərrüfatının məhsuldarlığının artırılmasına, rəqabət qabiliyyətinin yüksəldilməsinə və dayanıqlığlı inkişafına təsiri və bu sahədə dövlət siyasətinin vacib olduğu elmi əsaslandırılır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - əşyaların interneti (İoT), pilotsuz uçuş aparatları və yer idarəetmə sistemlərindən istifadə kimi rəqəmsal texnologiyaların tətbiqi Azərbaycanda aqrar sektorunu dəyişdirməsinə və gələcək inkişafına mühüm addım kimi təqdim edilir.
Açar sözlər: kənd təsərrüfatı sektoru, rəqəmsal transformasiya, peyk sistemləri, biznes informasiya sistemləri, Əşyaların İnterneti Texnologiyaları.
http://doi.org/10.59610/bbu1.2025.1.8