AZƏRBAYCANDA AQROTURİZMİN İNKİŞAF POTENSİALININ QİYMƏTLƏNDİRİLMƏSİ

X Ü L A S Ə
Tədqiqatın məqsədi – Azərbaycanda aqroturizmin mövcud vəziyyəti və inkişaf potensialının qiymətləndirilməsi, onun inkişafını şərtləndirən amilləri əsaslandırmaqdan ibarətdir.
Tədqiqatın metodologiyası – tədqiqat turizmlə əlaqədar mövcud proqram, qanun, Strateji Yol Xəritəsi və iqtisadçı alimlərin araşdırılmalarına uyğun aparılmışdır.
Tədqiqatın tətbiqi əhəmiyyəti – tədqiqatın əsas müddəalarından, təkliflərdən turizmin inkişafı ilə əlaqədar strateji inkişaf məqsədləri üçün istifadə edilə bilər.
Tədqiqatın nəticələri – araşdırma nəticələrindən aqroturizmin inkişafı üçün mövcud problemlərin həll edilməsinə imkan verə bilər.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – məqalədə aqroturizmin inkişaf xüsusiyyətləri araşdırılmış, aqroturizmin xarici ölkə təcrübələri, ölkədə mövcud vəziyyət və problemlər qiymətləndirilmişdir. Aqroturizmin inkişafına mane olan məhdudiyyətlər, turizmin inkişafını şərtləndirən təşkilati-iqtisadi potensiallar barədə təkliflər verilir.
Açar sözlər: aqroturizm, potensiallar, normativ-hüquqi əsaslar, qlobal inkişaf trendləri, turizm təşəbbüsləri, aqroturizmin xarici təcrübəsi, turizmin dəstəklənməsi.

http://doi.org/10.59610/bbu1.2025.1.5

Fayl

PDF

Buraxılış

№1 - 2025

Müəllif

İbrahimov İslam Hacı oğlu

Quliyev Nihad Mehman oğlu