ƏNƏNƏVİ BANKDAN RƏQƏMSAL BANKA KEÇİD: ƏSAS ÇƏTİNLİKLƏR VƏ İMKANLAR

X Ü L A S Ə
Tədqiqatın məqsədi – dünyada və Azərbaycanda mövcud bank modelindən rəqəmsal bankçılıq modelinə keçid prosesində qarşıya çıxan əsas problemlərin təhlili və bu problemlərin həlli yollarının araşdırılıb öyrənilməsindən ibarətdir.
Tədqiqatın metodologiyası – rəqəmsal bankçılıq xidmətlərinin tətbiqinin dərin və daha effektiv formada araşdırılmasını təmin etmək üçün müxtəlif tədqiqat yanaşmalarından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – məqalə ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçidin idarə edilməsi imkanlarını öyrənərək, effektivliyi və səmərəliliyi, tədqiqat və yenilikləri yaratmaq, innovativ həllər irəli sürmək və davamlı inkişaf hədəflərinə çatmaq üçün nəzəri və praktiki imkanlar təqdim edir.
Tədqiqatın nəticələri - ənənəvi bankçılıq sektorundan rəqəmsal bankçılığa keçid prosesində yaranan propblemləri və imkanları araşdıraraq, bank effektivliyini, innovativ həllərin təqdim edilməsini və davamlı inkişaf məqsədlərinə çatmaq üçün nəzəri və praktiki məsləhətlər irəli sürür.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid prosesinin Azərbaycan reallıqları kontekstində problem və imkanlarını sistemli şəkildə araşdırmaqla, innovativ həll yolları öz əksini tapmışdır.
Açar sözlər: ənənəvi bankçılıq, rəqəmsal bank, rəqəmsal transformasiya, blokçeyn, rəqəmsal identifikasiya sistemi.

http://doi.org/10.59610/bbu1.2025.1.4

Fayl

PDF

Buraxılış

№1 - 2025

Müəllif

Atayev Kənan Nüsrət oğlu