X Ü L A S Ə
Tədqiqatın məqsədi – tədqiqatın başlıca məqsədi Azərbaycan üzrə kiçik və orta sahibkarlıq subyektlərinin investisiya portfelinin diversifikasiyası və onların fəaliyyətlərinin iqtisadi nəticələri üçün mühüm əhəmiyyət kəsb edən təkliflər verilməsindən ibarətdir.
Tədqiqatın metodologiyası – tədqiqatın aparılması zamanı kontent təhlili, ikincili məlumat təhlili, analiz, sintez və s. metodlarından geniş istifadə olunmuşdur.
Tədqiqatın tətbiqi əhəmiyyəti – KOS-ların investisiya portfeli diversifikasiyasının və düzgün optimal risk idarəetmə strategiyalarının seçilməsinin inkişaf etdirilməsinə dair bir sıra plan və proqnozların hazırlanmasında bu tədqiqatın nəticələrindən istifadə edilə bilər.
Tədqiqatın nəticələri – KOS-larda rəqabətqabiliyyətliliyin artırılması istiqamətləri kimi əsasən elmi texniki yenilik, investisiya portfelinin düzgün formalaşdırılması və bölgüsü, həmçinin optimal risk idarəetməsi qeyd olunmuşdur.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – KOS-larda investisiyaların bölgüsü və risklərin minimuma endirilməsi istiqamətində təhlil aparılmış və müvafiq təkliflər verilmişdir.
Açar sözlər: KOS, investisiya, diversifikasiya, portfel, risk.
http://doi.org/10.59610/bbu1.2025.1.3