İXRAC POTENSİALININ İQTİSADİ İNKİŞAFDA QİYMƏTLƏNDİRİLMƏSİ

X ÜL A S Ə

Tədqiqatın məqsədi - ixrac potensialını formalaşdıran faktorları təhlil etmək, onların iqtisadi inkişafa təsirini araşdırmaq və bu potensialın artırılması üçün tövsiyələr təqdim etmək.

Tədqiqatın metodologiyası - məqalədə İxrac Potensialı İndeksi (EPI) və Məhsul Di- versifikasiyası Göstəricisi (PDI) kimi beynəlxalq səviyyədə qəbul edilmiş metodologiyalardan istifadə olunmuşdur. Müxtəlif ölkələrdən və regionlardan toplanan statistik məlumatlar və elmi mənbələr əsasında təhlillər aparılmışdır.

Tədqiqatın tətbiqi əhəmiyyəti - bu tədqiqatın nəticələri iqtisadi siyasətçilər, ixracatçılar və elmi tədqiqatçılar üçün praktiki dəyər kəsb edir. Təklif olunan yanaşmalar region iqtisadiyyatlarının ixracyönümlü inkişafını stimullaşdırmağa kömək edə bilər.

Tədqiqatın nəticələri - araşdırmalar göstərir ki, müasir iqtisadi inteqrasiya şəraitində ixrac potensialının artırılması ölkələrin iqtisadi dayanıqlığını gücləndirir. Daxili faktorların optimallaşdırılması və xarici faktorların təsirlərinin azaldılması milli iqtisadiyyatların qlobal bazarlarda mövqelərini yaxşılaşdırır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - bu məqalədə təqdim olunan yanaşmalar region iqtisadiyyatlarının ixrac potensialını təhlil etmək və bu potensialı artırmaq üçün sistemli yanaşmanı əhatə edir. Xüsusilə, daxili və xarici faktorların təsir mexanizmlərinin təhlili mövzuya elmi yenilik qatır.

Açar sözlər: ixrac potensialı, iqtisadi inkişaf, İxrac Potensialı İndeksi, Məhsul Diversifikasiyası Göstəricisi, region iqtisadiyyatı, strateji inkişaf.

 

http://doi.org/10.59610/bbu4.2024.4.10

Fayl

PDF

Buraxılış

№4 - 2024

Müəllif

Bəbişov Sənan Söhrab oğlu