XÜLASƏ
Tədqiqatın məqsədi – maliyyə təhlilinin köməyi ilə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin inkişaf meyllərini və ya fəaliyyətlərindəki çatışmazlıqları müəyyən etməkdən ibarətdir.
Tədqiqatın metodologiyası – tədqiqat işində ümumiləşdirmə, iqtisadi təhlil, məntiqi ümumiləşdirmə metodlarından istifadə olunmuşdur.
Tədqiqatın tətbiqi əhəmiyyəti – tədqiqatda araşdırılmış maliyyə təhlilinin əhəmiyyətini nəzərə alaraq, Azərbaycanın sığorta şirkətlərində onun səmərəli aparılması təmin edilə bilər.
Tədqiqatın nəticələri – sığorta şirkətlərinin rentabelli fəaliyyətinin təmin edilməsi məqsədilə maliyyə təhlilinin davamlı olaraq aparılması zəruridir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – Azərbaycanın sığorta şirkətlərində maliyyə təhlilinin aparılması üçün metodlar müəyyən edilmiş və sistemləşdirilmişdir.
Açar sözlər: maliyyə təhlili, maliyyə hesabatları, sığorta şirkətləri, inkişaf meyilləri.