XÜLASƏ
Tədqiqatın məqsədi kommersiya banklarında uçot sistemi və maliyyə hesabatlarının tərtibi və təqdim olunmasının mövcud metodoloji əsaslarını tədqiq etmək, onların təkmilləşdirilməsi zərurətini nəzəri baxımdan əsaslandırmaq və bu sahədə mövcud boşluqların aradan qaldırılması üçün tətbiqi xarakterli təkliflər irəli sürməkdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqat nəticəsində irəli sürülən təkliflərin kommersiya banklarında tətbiqi banklarda mühasibat uçotunun təkmilləşdirilməsinə və informasiya istifadəçilərin ehtiyaclarına uyğun maliyyə hesabatların keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli təsir edəcəkdir. Eyni zamanda banklarda uçot və hesabatlılıq sisteminin rəqəmsallaşdırılması və şəffaflığının artırılması imkanlarını genişləndirəcəkdir.
Tədqiqatın nəticələri - məqalədə bank sektorunda hesabatlılıq və uçot proseslərinin dəqiqləşdirilməsi və müasir texnoloji tələblərə uyğunlaşdırılmasının zəruriliyi əsaslandırılmış. Hesablar Planında və bir sıra normativ hüquqi aktlarda dəyişikliklərin aparılması üçün əsas- landırılmış təkliflər irəli sürülmüşdür.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - məqalədə bank əməliyyatlarının mahiyyətinə uyğun uçotun və maliyyə hesabatlarının təkmilləşdirilməsini təmin etmək məqsədilə Hesablar Planında yeni hesablar qrupunun əlavə edilməsi və bir sıra normativ hüquq aktlarda dəyişikliklərin aparılması ilk dəfə təklif olunmuşdur.
Açar sözlər: banklarda mühasibat uçotu, banklarda maliyyə hesabatların tərkibi, uçot sisteminin rəqəmsallaşdırılması, Mərkəzi Bank, Hesablar Planı, bank əməliyyatları.