KOMMERSİYA BANKLARININ GƏLİR VƏ XƏRCLƏRİNİN İDARƏ EDİLMƏSİ MƏSƏLƏLƏRİ

Tədqiqatın məqsədi – kommersiya banklarında gəlir və xərclərin strukturunun və dinamikasının mövcud vəziyyətinin müvafiq indikatorlar əsasında idarə edilməsinin öyrənil­məsidir.

Tədqiqatın metodologiyası – tədqiqat işində müqayisəli təhlil, məntiqi ümumiləşdirmə, sistemli yanaşma metodlarından istifadə edilib.

Tədqiqatın tətbiqi əhəmiyyəti – tədqiqatda araşdırılmış əsaslı təhlillər kommersiya banklarında gəlir və xərclərin strukturunun və dinamikasının yaxşılaşdırılması üçün istifadə edilə bilər.

Tədqiqatın nəticələri – kommersiya banklarında gəlir və xərclərin strukturunun və dinamikasının tədqiqatı sistemində optimal mexanizmlər üzrə təkliflər konkretləşdirilib və elmi əsaslandırılıb.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – kommersiya banklarında gəlir və xərclərin strukturunun və dinamikasının mövcud vəziyyətinin müvafiq indikatorlarla idarə edilməsi üzrə təkliflərin hazırlanmasıdır.

Açar sözlər: kommersiya bankları, gəlir, xərc, idarəetmə, marja.

http://doi.org/10.59610/bbu3.2024.3.3

Fayl

PDF

Buraxılış

№3 - 2024

Müəllif

Nuriyev Rauf Əflatun oğlu