KLASTERLƏŞMƏNİN KİÇİK VƏ ORTA SAHİBKARLIĞIN İNKİŞAFINA TƏSİRİ

Tədqiqatın məqsədi - kiçik və orta sahibkarlıqda klasterləşmənin mövcud vəziyyətinin təhlil edilməsi və əldə olunan məlumatlar əsasında təkliflər verilməsindən ibarətdir.

Tədqiqatın metodologiyası - tədqiqatın aparılması zamanı SWOT təhlil, ikincili məlumat təhlili, analiz, sintez və s. metodlardan geniş istifadə olunmuşdur.

Tədqiqatın tətbiqi əhəmiyyəti - KOS-ların klasterləşməsinə dair bir sıra strategiya, plan və proqnozların hazırlanmasında bu tədqiqatın nəticələrindən istifadə edilə bilər.

Tədqiqatın nəticələri - KOS-larda ixrac, investisiya cəlbediciliyi, istehsal, tədqiqat, texnoloji və digər istiqamətlərdə inkişafının artırılmasında klasterləşmənin rolu və bu sahəyə dövlət dəstəyi qeyd olunmuşdur.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - KOS-ların klasterləşməsinin mövcud vəziyyəti təhlil edilmiş və müvafiq təkliflər verilmişdir.

Açar sözlər: KOS-lar, sahibkarlıq, rəqabət, klasterləşmə, dövlət dəstəyi, klaster şirkəti.

 

http://doi.org/10.59610/bbu3.2024.3.9

Fayl

PDF

Buraxılış

№3 - 2024

Müəllif

Həşimova Günay Qnyaz qızı

Musayeva Aydan Elnur qızı