İQTİSADİYYATIN RƏQƏMSALLAŞMASI DÖVRÜNDƏ İNSAN KAPİTALININ İDARƏ EDİLMƏSİ

Tədqiqatın məqsədi cəmiyyətin və iqtisadiyyatın rəqəmsallaşması kontekstində insan kapitalının inkişafını təhlil etməkdir. Cəmiyyətin rəqəmsal transformasiyasının yeni reallıqları insan kapitalının idarə edilməsi sahəsində yeni yanaşmaları tələb edir.

Tədqiqatın metodologiyası Azərbaycanın statistik məlumatları əsasında əmək bazarının və İKT göstəricilərinin cari vəziyyətinin qiymətləndirilməsindən ibarətdir.

Tədqiqatın praktiki əhəmiyyəti - insan kapitalının inkişafı sahəsində tədqiqatlar üçün nəzəri əsas ola bilər, əldə edilən nəticələr insan resurslarının idarə edilməsi prosesində istifadə edilə bilər.

Tədqiqatların nəticələri müəssisələrdə insan kapitalının inkişafı üçün bir sıra təkliflər irəli sürülmüşdür.

Tədqiqatın orijinallığı və elmi yeniliyi ondan ibarətdir ki, insan kapitalının inkişafının hərtərəfli qiymətləndirilməsi aparılaraq, insan kapitalının inkişafı ilə bilik iqtisadiyyatının formalaşması arasında müsbət korrelyasiya müəyyən edilib.

Açar sözlər: insan resursları, insan kapitalı, cəmiyyətin rəqəmsallaşması, rəqəmsal iqtisadiyyat, süni intellekt.

 

http://doi.org/10.59610/bbu3.2024.3.6

Fayl

PDF

Buraxılış

№3 - 2024

Müəllif

Hacıyeva Leyla Arif qızı

Bərxudarov Mənsur İsa oğlu