Tədqiqatın məqsədi – iqtisadi, sosial və ekoloji məqsədlərə nail olan müasir, strateji satınalma sistemlərinin əsas elementi olan dövlət satınalmalarının öyrənilməsindən, ekoloji idarəetmə sisteminin yaradılması və YDS-nin ölkə iqtisadiyyatına müsbət istiqamətdə təsirini müəyyən etməkdən ibarətdir.
Tədqiqatın metodologiyası – tədqiqatda yaşıl dövlət satınalmalarının önəmi və potensial imkanlarının mövzu üzrə təhlil, analiz, sintez və ikincili məlumat təhlili metodlarından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – bu tədqiqatın nəticələri elm xadimləri, maliyyə institutları, iqtisadiyyat və dövlət sektorunda olan maraqlı tərəflər üçün təhlillər aparmaq, yaşıl dövlət satınalmalarının tətbiqi üçün istifadə edilməsi mümkündür.
Tədqiqatın nəticələri – bu tədqiqat yaşıl dövlət satınalmalarının tətbiqinin vacibliyini, potensial imkanlarını önə çıxarıb, tətbiqi zamanı əldə olunacaq son nəticəni əhəmiyyətli şəkildə vurğulayır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat yaşıl dövlət satınalmalarının əsas elementləri və ümumilikdə yaşıl satınalma konsepsiyalarının təşviq edilməsinin vacibliyini vurğulayır. Tədqiqat mövcud satınalma proseslərinin yaşıl dövlət satınalmaları prinsiplərinə inteqrasiyası üçün vacib rol oynayır.
Açar sözlər: yaşıl dövlət satınalmaları, dövlət satınalmaları, dayanıqlı satınalmalar, yaşıl istehlak, milli iqtisadi məqsədlər, sosial məqsədlər, ekoloji məqsədlər.