Tədqiqatın məqsədi - Azərbaycanda strateji innovasiya fəaliyyətinin investisiya-maliyyə təminatının aktual məsələlərinin tədqiqindən ibarətdir. Bu məqsədlə strateji innovasiya fəaliyyətinin təşkili problemləri açıqlanmışdır. İnnovasiya fəaliyyətinin investisiya-maliyyə təminatı problemləri sistemləşdirilmiş və onların vacibliyi əsaslandırılmışdır. İnnovasiyaların işlənməsi, yayılması və tətbiqi ilə bağlı proseslərin dayanıqlı maliyyə mənbələrinin formalaşdırılması və inkişaf etdirilməsinin əhəmiyyəti verilmişdir. Azərbaycanda strateji innovasiya fəaliyyətinin təşkili sahələrinə daxili və xarici investisiyaların cəlbediciliyinin artırılması problemləri açıqlanmışdır. Müəssisələrin innovasiya fəaliyyətinin təşkilində etibarlı maliyyə mənbəyinin yaradılmasının strateji əhəmiyyəti əsaslandırılmışdır.
Tədqiqatın metodologiyası - sistemli və müqayisəli təhlil, strateji innovasiya fəaliyyətinin investisiya-maliyyə təminatının aktual məsələləri üzrə mövcud problemlərdən çıxış etməklə müəyyənləşdirilən metodoloji yanaşmalar və üsullardan, həmçinin müxtəlif tədqiqatçıların əsərlərində verilmiş elmi müddəalardan ibarətdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqatda verilmiş materiallardan və əldə olunmuş nəticələrdən Azərbaycanda strateji innovasiya fəaliyyətinin investisiya-maliyyə təminatının gücləndirilməsi üzrə konseptual yanaşmaların müəyyənləşdirilməsində, strategiyaların və kompleks tədbirlərin, dövlət proqramlarının hazırlanmasında istifadə edilmək potensialına malikdir.
Tədqiqatın nəticələri - qlobal təzyiqlərin artdığı şəraitdə strateji innovasiya fəaliyyətinin investisiya-maliyyə təminatının yaxşılaşdırılması, daha təsirli fəaliyyət mexanizmlərinin işlənib hazırlanması, məhsuldar investisiya kanallarının və maliyyə mənbələrinin müəyyənləşdirilməsi üzrə tövsiyələrin hazırlanması və təkliflərin verilməsidir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - ilk növbədə tədqiqat çərçivəsində fundamental araşdırılması nəzərdə tutulan problemlər üzrə müasir qlobal tendensiyalar kontekstində yanaşmaların müəyyənləşdirilməsi və problemlərin açıqlanmasıdır. Qlobal təsirlər əsas götürülməklə innovasiya fəaliyyətinin investisiya-maliyyə təminatının dayanıqlı fəaliyyət mexanizmlərinin əsas elementləri və komponentləri müəyyənləşdirilmişdir. Azərbaycanda innovasiya fəaliyyətinin gücləndirilməsi, bu məqsədlə investisiya-maliyyə təminatı problemlərinin həll edilməsi üzrə baryerlərin aradan qaldırılması məsələlərinin mahiyyəti açıqlanmışdır. İnnovasiya fəaliyyətinin investisiya-maliyyə təminatı problemləri və həlli yolları üzrə aktual baxışlar formalaşdırılmış və əsaslandırılmışdır. İnnovasiyaların yayılması və mənimsənilməsi, istehsal proseslərinə tətbiq olunması mərhələlərində tələb olunan investisiya-maliyyə kanallarının etibarlılığının təmin edilməsi istiqamətində fəaliyyət strategiyasının mühüm elementləri əsaslandırılmış və sistemləşdirilmişdir.
Açar sözlər: strateji innovasiya fəaliyyəti, investisiya-maliyyə təminatı, innovasiya fəaliyyətinin strateji aspektləri, innovasiyalar bazarının inkişaf problemləri, dövlətin innovasiya siyasəti, innovasiya-investisiya cəlbediciliyi problemləri, investisiya-maliyyə təminatının aktual məsələləri.