İnsan kapitalından istifadənin səmərəliliyində investisiya-innovatik mexanizmlərin tətbiqi və statistikasının gücləndirilməsi istiqamətləri

Tədqiqatın məqsədi – insan kapitalından istifadənin səmərəliliyində investisiya-innovatik mexanizmlərin tətbiqi və statistikasının gücləndirilməsi istiqamətlərinin müəyyən­ləş­dirilməsindən ibarətdir. Bu məqsədlə insan kapitalından istifadənin modelləşdirilməsində in­vestisiyaların rolu açıqlanmışdır. İnsan kapitalının məhsuldar istifadə olunmasında in­no­va­tik yanaşmaların və innovatik mexanizmlərin əhəmiyyəti verilmişdir. Müasir şəraitdə insan ka­pi­­talından istifadənin səmərəliliyinin daha planlı və uzunmüddətli dövr üçün təmin edilməsi üçün obyektiv statistik bazanın formalaşdırılması və gücləndirilməsi problemlərinə ba­xıl­mış­dır. Azərbaycanda insan kapitalından istifadənin səmərəliliyində investisiya-innovatik me­xa­nizm­lərin tətbiqi və statistikasının gücləndirilməsi istiqamətlərinə müasir yanaşmalar müəy­yən­ləşdirilmişdir.

Tədqiqatın metodologiyası - sistemli və müqayisəli təhlildən,  insan kapitalından isti­fa­dənin səmərəliliyində investisiya-innovatik mexanizmlərin tətbiqi və statistikasının güc­lən­di­rilməsi istiqamətləri üzrə metodoloji yanaşmalardan, müxtəlif tədqiqatçıların elmi əsər­lə­rin­də­ki baxışlardan ibarətdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - Tədqiqat prosesində əldə olunmuş nəticələrdən insan ka­pitalından istifadənin səmərəliliyində investisiya-innovatik mexanizmlərin tətbiqi və sta­tis­ti­kasının gücləndirilməsi istiqamətləri üzrə mexanizmlərin hazırlanmasında və müxtəlif təd­bir­lər kompleksinin həyata keçirilməsində istifadə oluna bilər.

Tədqiqatın nəticələri –  insan kapitalından istifadənin səmərəliliyində investisiya-in­no­va­tik mexanizmlərin tətbiqi və statistikasının gücləndirilməsi istiqamətləri müəy­yən­ləş­di­ril­miş, bu sahədəki problemlərin həlli yolları üzrə tövsiyələr və təkliflər hazırlanmışdır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqatda baxılması nəzərdə tutulan mühüm prob­lemlərə dair müasir baxışlar formalaşdırılmış, müxtəlif alimlərin elmi əsərlərindən bəh­rə­lən­məklə, həmin problemlər üzrə əsaslandırılmış mexanizmlər müəyyənləşdirilmiş və bunlara dair metodoloji üslüblar verilmişdir. İnsan kapitalından istifadənin daha səmərəli təşkili üçün sta­tistika bazasının gücləndirilməsinin vacibliyi bildirilmiş və bunlarla bağlı tövsiyələr ve­ril­miş­dir. İnsan kapitalından istifadənin innovatik yanaşmalar əsasında təşkili üzrə daha təsirli təd­birlərin görülməsinə diqqət vurğulanmışdır. İnsan kapitalının dayanıqlı və daha intensiv in­ki­şafı üçün bu sahəyə investisiyaların cəlbi mexanizmlərinin təkmilləşdirilməsi əsaslan­dı­rıl­mış­dır. Tədqiqatda qoyulan problemlər üzrə təkliflər bloku verilmişdir.

Açar sözlər: investisiya, innovasiya, insan kapitalı, innovatik yanaşmalar, investisiya prob­lemləri, insan kapitalından istifadənin səmərəlilik problemləri, insan kapitalından isti­fa­də­nin müasir aspektləri. 

Fayl

PDF

Buraxılış

№4 - 2019

Müəllif

Abdullayev Loğman İmran oğlu