QİDA SƏNAYESİNİN REGİONAL İNKİŞAF İSTİQAMƏTLƏRİ

Tədqiqatın məqsədi - qida sənayesinin ölkənin müxtəlif regionlarında inkişaf istiqamət­lə­ri­nə aydınlıq gətirməkdir. 

Tədqiqatın metodologiyası - tədqiqat işi mövcud nəzəri-metodoloji bazanın təhlili əsasında hazırlanmışdır.

Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqatın nəticələrindən araşdırılan problemlə bağlı gələcək təd­qi­qat­larda nəzəri baza kimi istifadə etmək mümkündür. 

Tədqiqatın nəticələri - tədqiqat işində Azərbaycanın qida sənayesinin xarakterik xü­su­siy­yət­ləri təhlil olunmuş, regionların qida sənayesinin istehsal etdiyi məhsulun həcmi və növləri haq­qında məlumatlar öz əksini tapmışdır. 

Tədqiqatın orijinallığı və elmi yeniliyi - aşağıdakı müddəalarda mövcuddur: 1. Ölkədə kənd təsərrüfatı istehsalının ərazi üzrə optimal yerləşdirilməsi iqtisadi rayonların resurs po­ten­sialının artırılması istiqamətində böyük əhəmiyyət daşıyır; 2.Regionlarda qida sənayesinin in­ki­şaf etdirilməsində, əhalinin başlıca yeyinti sənaye məhsulları ilə təminatlarının daha da yax­şı­laş­dırılmasında dövlət dəstəyinin həyata keçirilməsi, onlara investisiya potensialının artırılması, mü­asir və yüksək texnologiyalı qida sənayesi müəssisələrinin yaradılması və inkişaf etdirilməsi çox mühümdür və əvəzsiz rola malikdir. 

Açar sözlər: Azərbaycan, iqtisadi rayonlar, qida sənayesi, qida sənayesi kompleksləri.

http://doi.org/10.59610/bbu2.2024.2.7

Fayl

PDF

Buraxılış

№2 - 2024

Müəllif

Muradov Vüqar Ağamurad oğlu

Məmmədov Pərviz Hacı oğlu