Tədqiqatın məqsədi - qlobal rəqabət mühitində ərzaq təminatının səciyyəvi cəhətlərini tədqiq etmək və onun formalaşdırılması istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.
Tədqiqatın metodologiyası - tədqiqat işində müqayisəli təhlil, ümumiləşdirmə, amillər üzrə təhlil metodlarından istifadə edilmişdir
Tədqiqatın tədbiqi əhəmiyyəti - ərzaq təminatı iqtisadi və sosial əlyetərliyinin məcmusu olub, fasiləsiz təchizat sistemini özündə əks etdirir. Bu baxımdan sözü gedən məqalədə dayanıqlı ərzaq təminatının zəruriliyi, xarakterik xüsusiyyətləri və qlobal rəqabət mühitinin ərzaq təminatına təsiri baxımından zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanmışdır.
Tədqiqatın nəticələri - qlobal rəqabət mühitində Dayanıqlı Ərzaq Təminatının formalaşdırılması ilə bağlı təklif və tövsiyələr hazırlanmışdır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - azad rəqabət və qlobal rəqabət mühitin fərqli cəhətləri, qlobal rəqabət mühitində dayanıqlı ərzaq təminatına təsir edən amillər müəyyənləşdirilmişdir.
Açar sözlər: qlobal rəqabət mühiti, dayanıqlı ərzaq təminatı, iqtisadi və sosial əlyetərlik, azad rəqabət.