AZƏRBAYCANIN NEFT EMALI SƏNAYESİNDƏ SAHİBKARLIĞIN İNKİŞAF PERSPEKTİVLƏRİ VƏ İQTİSADİ İNKİŞAFDA ROLU

Tədqiqatın məqsədi - neft emalı sənayesində sahibkarlığın inkişaf perspektivləri və onun ölkə iqtisadiyyatının inkişafındakı rolu araşdırmaqdan ibarətdir. Bu məqsədlər üçün neft emalı sənayesinin əhəmiyyəti və bu sahədə sahibkarlığın inkişafının vacibliyi qeyd olunur.

Tədqiqatın metodologiyası - tədqiqat zamanı iqtisad elmində daha çox istifadə olunan elmi metodlardan, o cümlədən təhlil, sintez, müqayisə, ümumiləşdirmə, ekonometriya, eyni zamanda kompleks və sistemli yanaşmadan istifadə edilmişdir. 

Tədqiqatın praktiki əhəmiyyəti - tədqiqatın əsas nəticələri və irəli sürülən təkliflər neft emalı sənayesində sahibkarlığın inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və onların rolunun qiymətləndirilməsi üçün istifadə edilə bilər.

Tədqiqat nəticələri - Azərbaycanda neft emalı sənayesində sahibkarlığın inkişaf etdirilməsi imkanları və bu istiqamətdə görülməli işlərə dair əsaslandırılmış təklif və tövsiyələrin hazır-lanmasından ibarətdir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat işində dünyada və Azərbaycanda neft emalı sənayesinin mövcud vəziyyəti təhlil edilir. Həmçinin neft emalı sənayesində sahibkarlığın rolunu qiymətləndirmək üçün SAB modelinin əhəmiyyəti vurğulanır. Azərbaycanda neft emalı sənayesində sahibkarlığın inkişaf etdirilməsi imkanları və bu istiqamətdə görülməli işlər təklif olunub.

Açar sözlər: sahibkarlıq fəaliyyəti, neft emalı sənayesi, neft emalı məhsulları, sahələrarası balans modeli, dövlət dəstəyi, enerji resursları.

https://doi.org/10.59610/bbu1.2024.1.7

Fayl

PDF

Buraxılış

№1 - 2024

Müəllif

Süleymanov Qəzənfər Salman oğlu

Tağıyev Vüqar Qəhrəman oğlu

Əliyeva Şəhla Poladxan qızı