Qlobal iqtisadi çağırışlar kontekstində investisiya proseslərinin idarəetmə mexanizmlərinin qiymətləndirilməsi

Tədqiqatın məqsədi - qlobal iqtisadi çağırışlar kontekstində investisiya proseslərinin ida­rəetmə mexanizmlərinin qiymətləndirilməsindən ibarətdir. Bu məqsədlə investisiya mü­hi­ti­nin formalaşdırılması və cəlbediciliyinin artırılması, bunlarla bağlı idarəetmə me­xa­nizm­lərinin təkmilləşdirilməsi problemləri tədqiq olunmuşdur. İnvestisiya mühitinin strukturunun ob­yektiv olaraq qiymətləndirilməsi təmin edilmiş və bunlarla bağlı problemlər açıqlanmışdır. Öl­kədə iqtisadiyyat subyektlərinin investisiya fəallığının gücləndirilməsi məsələlərinə xüsusi önəm verilmişdir. İnvestisiya axınlarının səmərəli şəkildə hərəkətinin təmin edilməsi istiqa­mət­ləri təhlil olunmuşdur. Müasir dövrün qlobal iqtisadi çağırışlarına uyğun şəkildə in­ves­ti­si­ya proseslərinin idarəetmə mexanizmləri təhlil olunmuş və qiymətləndirilmişdir.

Tədqiqatın metodologiyası - sistemli və kompleks təhlil, qlobal iqtisadi çağırışlar kon­tek­stində investisiya proseslərinin idarəetmə mexanizmlərinin qiymətləndirilməsi üzrə me­todoloji yanaşmalar və üsullardan, bu istiqamətdə dünya təcrübəsinin mühüm prinsip və meyarlarından ibarətdir. 

Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqatda verilmiş materiallardan və əldə olunmuş nə­ticələrdən qlobal iqtisadi çağırışlar kontekstində investisiya proseslərinin idarəetmə me­xanizmlərinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsində, qa­nun­ların hazırlanması və qəbul edilməsində  istifadə oluna bilər. 

Tədqiqatın nəticələri – qlobal iqtisadi çağırışlar kontekstində investisiya proseslərinin ida­rəetmə mexanizmlərinin qiymətləndirilməsi istiqamətləri, prinsip və metodları üzrə strateji ya­naşmaların təmin olunması, tövsiyələr və təkliflərin hazırlanmasıdır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat işində qlobal iqtisadi çağırışlar kon­teks­tində investisiya proseslərinin idarəetmə mexanizmlərinin qiymətləndirilməsi problemləri fun­damental olaraq araşdırılmaqla, onların həlli yolları və mühüm mexanizmləri açıq­lan­mış­dır. İnvestisiya mühitinin mürəkkəbliyi ilə bağlı problemlər və vacib prinsiplər sistemli şə­kil­də təhlil olunmuş və ümumiləşdirilmişdir. İnvestisiyaların cəlbi istiqamətində daha təsirli təd­birlərin görülməsinin vacibliyi ön plana çəkilmişdir. İnvestisiya proseslərinin idarəetmə me­xa­nizmlərinin təkmilləşdirilməsi istiqamətində tövsiyələr hazırlanmış və təkliflər əsas­lan­dırıl­mış­dır. 

Açar sözlər: qlobal iqtisadi çağırışlar, investisiya prosesləri, idarəetmə mexanizmləri, inves­tisiya mühiti, ölkənin investisiya mühitinin cəlbediciliyi, idarəetmə mexanizmlərinin qiy­mətləndirilməsi, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi.

Fayl

PDF

Buraxılış

№3 - 2019

Müəllif

Məmmədova Elnurə Bünyat qızı