AZƏRBAYCAN RESPUBLİKASININ “MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA” QANUNUNUN BƏZİ MÜDDƏALARININ TƏKMİLLƏŞDİRİLMƏSİNƏ DAİR MÜLAHİZƏLƏR

Tədqiqatın məqsədi – Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər haqqında” Qanununun bir sıra müddəalarının təkmilləşdirilməsi istiqamətində konkret qanunvericilik təklifləri işləyib hazırlamaqdır.

Tədqiqatın metodologiyası – cari qanuna tənqidi yanaşma, sistemli təhlil, müqayisəli hüquqşünaslıq kimi metodların məcmusundan ibarətdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – ondan ibarətdir ki, onun məzmunundan Azərbaycan Respublikasının Milli Məclisi istifadə edərək cari qanunvericiliyin inkişafına nail ola bilər.

Tədqiqatın nəticələri – Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər haqqında” Qanununa əlavə edilməsi üçün hazırlanmış yeni modellərindən və təklif edilən dəyişikliklərin yeni redaksiyalarından ibarətdir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqatın orijinallığı ondan ibarətdir ki, bu məqalə müəllifin özünə məxsus olan fikirlərindən ibarətdir və həmin fikirlər daha əvvəllər heç yerdə çap edilməmişdir. Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, onun məzmununda irəli sürülən qanunvericilik təklifləri Azərbaycanın hüquq ictimaiyyətinə ilk dəfə olaraq təqdim edilir.

Açar sözlər: məhkəmə hakimiyyəti, qanun, müddəalar, təhlil, təkmilləşdirilmə, təkliflər, arqumentlər.

https://doi.org/10.59610/bbu4.2023.4.12

Fayl

PDF

Buraxılış

№4 - 2023

Müəllif

Həsənova Şəlalə Şakir qızı