AZƏRBAYCANDA ELEKTRON BİZNES MÜHİTİNDƏ MÜŞTƏRİ RƏYLƏRİNİN TƏŞVİQİ

Məqalədə Azərbaycanda elektron ticarət və biznes mühitində müştəri rəylərinin əhəmiyyəti araşdırılmış, müştəri rəylərinin azlığının səbəbləri, niyə rəy yazmaqdan çəkin- dikləri təhlil edilmiş və problemin həllinin yarada biləcəyi müsbət məqamlar ortaya qoyul- muşdur.

Tədqiqatın məqsədi – elektron biznes mühitində potensial müştəri qazanılması və satış potensialının maksimumlaşdırılması naminə alıcıların alınan məhsul barədə rəy yazmağa təşviq olunmaları metodlarını araşdırmaqdır.

Tədqiqatın metodologiyası – tədqiqat zamanı müşahidə, sorğu və müqayisəli təhlil metodlarından istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – həm əldə edilmiş nəticələr, həm də qeyd edilmiş müddəaların elektron biznes mühitində tətbiqi potensial alıcıların məhsulu alması, biznesin gəlirlərinin artması, müştərilərin loyallığının qazanılması və uzunmüddətli iqtisadi mövcud- luğu kimi məqsədlərinə nail olmasında önəmli faktorlardan biri ola bilər.

Tədqiqatın nəticələri – Azərbaycandakı elektron ticarət bizneslərinin rəsmi vebsayt və mobil tətbiqləri analiz edilmiş, müştəri rəylərinin təşviqi istiqamətləri müəyyənləşdiril- mişdir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – Azərbaycanda elektron ticarət bizneslərində alıcıların müxtəlif üsullarla rəy yazmağa təşviq olunması imkanları aşkar edilmiş və digər bizneslərlə rəqabətdə istifadə olunması imkanları əsaslandırılmışdır.

Açar sözlər: elektron biznes, onlayn, internet, müştəri rəyi, elektron ticarət, potensial müştəri.

 

https://doi.org/10.59610/bbu4.2023.4.11

Fayl

PDF

Buraxılış

№4 - 2023

Müəllif

Dünyamalıyev İslam Elşən oğlu