KİÇİK VƏ ORTA SAHİBKARLIQ SUBYEKTLƏRİNDƏ RƏQABƏTQABİLİYYƏTLİLİYİNİN YÜKSƏLDİLMƏSİ İSTİQAMƏTLƏRİ

Tədqiqatın məqsədi - kiçik və orta sahibkarlıq rəqabətqabiliyyətliliyinin mövcud vəziyyətnin təhlil edilməsindən və əldə olunan məlumatlar əsasında təkliflər verilməsindən ibarətdir.

Tədqiqatın metodologiyası - tədqiqatın aparılması zamanı kontent təhlili, ikincili məlumat təhlili, analiz, sintez və s. metodlardan geniş istifadə olunmuşdur.

Tədqiqatın tətbiqi əhəmiyyəti - KOS-ların inkişaf etdirilməsinə dair bir sıra strategiya, plan və proqnozların hazırlanmasında bu tədqiqatın nəticələrindən  istifadə edilə bilər.

Tədqiqatın nəticələri - KOS-larda rəqabətqabiliyyətliliyin artırılması istiqamətləri kimi əsasən elmi texniki yenilik, investisiya cəlbediciliyinin artırılması yolları və dövlət dəstəyi qeyd olunmuşdur.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - KOS-larda rəqabətqabiliyyətliliyin artırılması istiqamətləri əhatəli şəkildə təhlil edilmiş və müvafiq təkliflər verilmişdir.

Açar sözlər: KOS-lar, sahibkarlıq, rəqabət, rəqabətqabiliyyətlilik, dövlət dəstəyi, iqtisadi inkişaf perspektivləri.

https://doi.org/10.59610/bbu4.2023.4.7

Fayl

PDF

Buraxılış

№4 - 2023

Müəllif

Həşimova Günay Qnyaz qızı