SATIŞ MÜƏSSİSƏLƏRİNDƏ UÇOT VƏ AUDİTİN RƏQƏMSALLAŞDIRILMASI İSTİQAMƏTLƏRİ

Tədqiqatın məqsədi - zamanla texnologiyada baş verən kütləvi dəyişikliklər nəticəsində ERP sistemlərini tətbiq etməklə mühasibat uçotu və audit peşəsinin rəqəmsallaşdırılması istiqamətlərini əsaslandırmaqdır.

Tədqiqatın metodologiyası - tədqiqatını apardığımız mövzu hazırkı dövrün aktual mövzusu olduğu üçün tədqiqat zamanı ilk öncə təhlil aparılmış, daha sonra abstraktlaşdırma aparılmaqla daha əhəmiyyətli hissələr dəyərləndirilmiş və sonda sintez edilməklə yekun nəticələr əldə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - satış müəssisələrinin uçot və audit sistemində rəqəmsal texnologiyaya olan tələbi müəyyən etmək və onun praktiki tətbiqi imkanlarını qiymətləndirməkdir.

Tədqiqatın nəticələri - satış müəssisələrində uçot və auditin rəqəmsallaşdırılması istiqamətləri əsaslandırılmışdır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - müxtəlif dövrlərdə satış müəssisələrinin uçotu, auditi və rəqəmsal texnologiya ayrı-ayrılıqda tədqiq edilsə də, onların kompleks tədqiqi və bunun nəticəsi olaraq rəqəmsal texnologiyanın satış müəssisələrinin uçot və audit sistemindəki zəruriliyi əsaslandırılmış, nəzəri və praktiki təkliflər irəli sürülmüşdür.

Açar sözlər: ERP sistemləri, rəqəmsallaşdırılma, mühasibat uçotu və audit, avtomatlaşdırılma, şəffaf informasiya.

https://doi.org/10.59610/bbu4.2023.4.2

Fayl

PDF

Buraxılış

№4 - 2023

Müəllif

Mübarək Aydəmirov Mübariz oğlu