Tədqiqatın məqsədi - qeyri-neft sektorunda əsas kapitala investisiyalardan səmərəli is-tifadənin makroiqtisadi göstəricilərin artımına təsirinin yüksəldilməsinin qiymətləndirilməsi ilə bağlı təklif və tövsiyələrin formalaşdırılmasıdır.
Tədqiqatın metodologiyası - qeyri-neft sektorunda yaradılan əlavə dəyər, yeni əsas kapital obyektlərinin istifadəyə verilməsi və əsas kapitalla investisiya göstəriciləri arasında qarşılıqlı əlaqə və aslılıqları statistik və ekonometrik metodlardan istifadə etməklə qiymət-ləndirmək, modelləşdirmək və proqnozlaşdırmaqdan ibarətdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - məqalədə gələcəkdə investisiyaların təsiri altında qeyri-neft sektorunda ÜDM-in dəyişən qiymətlərini müəyyən edilməsində, investisiya siya-sətinin formalaşdırılmasında müəyyən edilmiş model, investisiya səviyyələrini ÜDM-in artım tempi ilə müqayisə etməyə imkan verir və investisiya cəlbediciliyini artırmaq üçün istifadə edilə bilər.
Tədqiqatın nəticələri - məqalədə investisiyaların iqtisadi inkişafın əsas komponent-lərinə, o cümlədən ÜDM-in və qeyri-neft sektorunda əsas fondların artımına təsiri korellya-siya-reqressiya metodundan istifadə edilməklə təhlil edilmişdir. Belə əlaqələrin təhlilində və tədqiqində gecikmə dəyərləri (gecikmənin nəticə əlamətinə təsiri) nəzərə alınmaqla, nəticə əlamətinə təsirləri ehtiva edən “Almon” metodundan istifadə edilmişdir. Qurulmuş model-əlaqə tənliyinə əsasən, tədqiq olunan dövrdə Azərbaycanda qeyri-neft sektoruna əsas kapitala investisiyaların 1 milyon manat artması qeyd olunan sektorda ÜDM-in 1,67 milyon manat art-ması ilə nəticələnir. Almon metoduna əsasən qurulmuş model göstərir ki, investisiyanın əsas kapitalın artımına (ΔK) təsirinin birinci ildə 57,4%-i, bir ildən sonra isə 23,9 %-i reallaşır. Qeyri-neft sektoruna investisiyanın əsas kapitalın artımına (ΔK) təsirinin yarıdan çoxu, yəni 86,4%-i iki illik gecikmə ilə baş verir, investisiyaların əsas kapitalın artımına təsiri 87,7%-i üç il ərzində reallaşır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - makroiqtisadi göstəricilər arasında əlaqə və asılılıqların qiymətləndirilməsi və modelləşdirilməsi tədqiq olunmuşdur. Əlaqə tənliyinin para-metrlərinin hesablanması və qurulmuş modelin adekvatlığının qiymətləndirilməsində SPSS proqram paketinin məlumatların təhlili funksiyalarından istifadə edilmişdir. Tədqiqat nəticəsində formalaşdırılmış investisiya modelləri investisiya xərclərinin nəticəsini proqnozlaşdırmağa imkan verir və investisiyaların təhlili və planlaşdırılmasında istifadə edilə bilər.
Açar sözlər: qeyri-neft sektoru, ÜDM, investisiya, qarşılıqlı əlaqə, kapital, modelləşdirmə.