AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATININ İNNOVATİV İNKİŞAFININ İQTİSADİ ƏHƏMİYYƏTİ

Tədqiqatın məqsədi - kənd təsərrüfatında innovativ fəaliyyət yeni kənd təsərrüfatı məhsullarının yaradılması və ya təkmilləşdirilməsi, elmi-tədqiqat işlərindən və ya istehsal təcrübəsindən istifadə əsasında texnologiyaların, idarəetmə sistemlərinin inkişafı üçün ardıcıl tədbirlər artırılmasının təmin edilməsidir. Azərbaycanın kənd təsərrüfatında innovativ fəaliyyətin öz xüsusiyyətlərinə görə fərqlənməsi yeni tədqiqat işlərinin aparılmasını şərtləndirir.

Tədqiqatın metodologiyası - tədqiqat işində təhlil, müqayisə, müşahidə və statistik təhlil kimi iqtisadi üsullardan istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - məqalədə aparılan təhlillər nəticəsində verilən təklif və tövsiyələr təsərrüfatların öz istehsalını innovasiya texnologiyaları əsasında inkişafını təmin etməkdə və planlaşdırmaqda, kənd təsərrüfatında innovasiya layihələrinin hazırlanmasında istifadə oluna bilər.

Tədqiqatın nəticələri - məqalədə göstərilən proseslər kənd təsərrüfatının rəqabət qabiliyyətinin və investisiya cəlbediciliyinin artmasına kömək edə bilər. Bu sahədə tədqiqatların aktuallığının səbəbi budur.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi milli iqtisadiyyatın strateji əhəmiyyətli sahələrindən biri olması və dövlətin ərzaq təhlükəsizliyinin təmin edilmə səviyyəsi onun inkişaf tempindən asılı olduğuna görə bu sənayenin inkişafının yeganə səmərəli inkişafının təmin edilməsidir. Tədqiqat zamanı aqrar sahənin innovativ inkişafına mane olan amillər və innovasiya prosesinin əsas xüsusiyyətləri və elementləri müəyyən edilmişdir.

Açar sözlər: aqrar sahə, innovativ, inkişaf, intensiv bağlar, səmərəlilik, kiçik kəndli təsərrüfatı

 

https://doi.org/10.59610/bbu3.2023.3.8

Fayl

PDF

Buraxılış

№3 - 2023

Müəllif

Həsənzadə Əkrəm Niyazi oğlu