Tədqiqatın məqsədi – müxtəlif nəqliyyat dəhlizlərinin təcrübəsində bu infrastruktur layihələrin ölkələrin sosial-iqtisadi inkişafına təsirinin kəmiyyət qiymətləndirilməsi.
Tədqiqatın metodologiyası - kəmiyyət analizi, müqayisəli analiz, sintez.
Tədqiqatın tətbiqi əhəmiyyəti – dünya təcrübəsində istifadə olunan metod və normativlər böyük investisiyalar tələb edən nəqliyyat dəhlizlərinin effektivliyinin qiymətləndiril-məsində istifadə oluna bilər.
Tədqiqatın nəticələri – müxtəlif nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinin iqtisadi təsirləri müəyyənləşdirilmişdir, nəqliyyat dəhlizlərində iqtisadi aktivliyi dəstəkləyən amillər müəyyənləşdirilmişdir, müsbət təsirlərlə yanaşı, effektiv olmayan dəhliz misalları təqdim olunmuşdur.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – çoxsaylı mənbələrdə təqdim olunan tədqiqatların təhlili əsasında nəqliyyat dəhlizlərinin kəmiyyət qiymətləndirilməsi üzrə əldə olunan nəticələr və proqnozlar ilk dəfə sistemləşdirilmişdir.
Açar sözlər: nəqliyyat dəhlizi, kəmiyyət qiymətləndirilməsi, iqtisadi təsir analizi, səmərə və xərc analizi, nəqliyyatın modelləşdirilməsi və proqnozu.