İNNOVASİYALARIN AUDİTİ

Tədqiqatın məqsədi – yeniliklər iqtisadiyyatın inkişafı üçün bir qoldur, buna əsas-lanaraq, bu yeniliyin həqiqətən yenilik və ya plagiat olduğunu yoxlamaq üçün bu innovativ yeniliklərin auditi də tələb olunur.

Tədqiqatın metodologiyası – tədqiqat zamanı müxtəlif üsullardan istifadə edilmişdir, bunlara aşağıdakılar daxildir: təhlil, müqayisə, abstraksiya.

Tədqiqatın nəticələri – bu iş audit, mühasibat və maliyyə uçotu sahəsinin mütəxəssisləri, eləcə də bu sahələrdə tədqiqatla məşğul olan alimlər üçün praktiki vəsait kimi istifadə edilə bilər.

Tədqiqatın tətbiqi əhəmiyyəti – hal-hazırda bu audit növü, ümumiyyətlə, nəinki Azərbaycanda, həm də beynəlxalq bazarda çox zəif inkişaf etmişdir və bu audit növünün aparılması üçün metodologiyanın tətbiqi yeni dövrə doğru çox vacib addımdır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – bu işin yeniliyi Azərbaycanda innovasiya auditinin tətbiqinə yol açmaq, eləcə də onun həyata keçirilməsi metodologiyasının ətraflı izahını verməkdir. Həmçinin, bununla bərabər, cəmiyyətin buna marağını artırmaq, bununla da ölkənin iqtisadi inkişafına töhfə vermək üçün burada innovasiya prosesləri təsvir olunacaqdır.

Açar sözlər: audit, innovasiyalar, kadrlar, insan potensialı, texnologiyalar.

 

https://doi.org/10.59610/bbu3.2023.3.2

Fayl

PDF

Buraxılış

№3 - 2023

Müəllif

Əhmədov Qoşqar İlkin oğlu