Tədqiqatın məqsədi - “Qeyri-maddi aktivlər” adlı 38 №-li Mühasibat Uçotunun Bey-nəlxalq Standartında qeyr-maddi aktivlərin tanınması və qiymətləndirilməsinə dair tələblər Azərbaycanda qəbul olunmuş normativ hüquqi aktlar və elmi-nəzəri yanaşmalar əsasında, mühasibat uçotunda əks etdirilməsi xüsusiyyətlərinin tətbiqi vəziyyəti tədqiq edilmişdir.
Tədqiqatın metodologiyası - “Qeyri-maddi aktivlər” adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartının tələbləri əsasında qeyr-maddi aktivlərinin hərəkətlərinə dair maliyyə əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi ilə bağlı təqdiqatın aparılması zamanı sintez, analiz və müqayisə kimi metodlarından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - qeyri-maddi aktivlərin kommersiya təşkilatlarının maliyyə resurslarının generasiya olunmasında əhəmiyyətliliyini nəzərə alaraq, bu aktivlərin “Qeyri-maddi aktivlər” adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartının tələblərinə əsasən sözügedən təşkilatlar tərəfindən hazırladığı maliyyə hesabatlarında daha etibarlı və şəf-faf əks etdirilməsi üzrə təhlillər aparılmışdır.
Tədqiqatın nəticələri - kommersiya təşkilatlarında fəaliyyətlərin fasiləsiz həyata keçirilməsinə hesablanan yüksək maliyyə göstəricilərinin əldə olunması məqsədi ilə “Qeyri-maddi aktivlər” adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartının tələblərinə uyğun olaraq, maliyyə hesabatlarında əks olunan qeyri-maddi aktivlər üzrə maliyyə informasiyasının keyfiyyət xüsusiyyətlərinin artırılmasını təmin edən araşdırmalar aparılmışdır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - “Qeyri-maddi aktivlər” adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartında göstərilən ayrı-ayrı maddələrin açıqlanmasına dair Azərbaycanda qəbul olunmuş normativ hüquqi aktlar və elmi-nəzəri yanaşmalar əsasında maliyyə əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi xüsusiyyətləri üzrə müvafiq şərhlər verilmişdir.
Açar sözlər: qeyri-maddi aktivlər, ayrıca əldə etmə, qudvil, aktivlərin mübadiləsi, tədqiqat fazası, təcrübə-konstruktor işləri fazası, ilkin dəyər, yenidənqiymətləndirmə dəyəri.