BİZNES ETİKASININ STRATEJİ MENECMENTDƏ ŞİRKƏTİN RƏQABƏTLİLİYİNƏ TƏSİRİ

Tədqiqatın məqsədi – biznes etikasının strateji menecmentdə rolu və şirkətin rəqabət-liliyinə təsirini müəyyən etməkdir.

Tədqiqatın metodologiyası – tədqiqat prosesində nəzəri və sistematik təhlil, sistemli yanaşma, elmi və məntiqi ümumiləşdirmə metodlarından istifadə edilmişdir.

Tədqiqatın nəticələri – tədqiqat nəticəsində biznesin etikasının şirkətin daxili faktoru olaraq strateji menecmentdə rəqabətliliyə təsiri açıqlanmışdır.

Tədqiqatın praktiki əhəmiyyəti – müasir dövrdə rəqabət hər yerdədir, xüsusi ilə də biznes sahəsində. Rəqabətli bazarda sağlam mübarizə aparmaq üçün strateji menecmentdən istifadə olunur. Strateji menecmentə müxtəlif faktorlar təsir edir ki, bunlardan biri də biznes etikasıdır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – araşdırma zamanı, ilk növbədə, biznes etika-sı, daha sonra strateji menecment və biznes etikası arasında əlaqə tədqiq edilmişdir. Daha son-ra biznes etikasının şirkətin onun rəqabətliliyinə təsiri əsaslandırılmışdır.

Açar sözlər: biznes, biznes etikası, korporativ etika, strateji menecment, rəqabət.

 

https://doi.org/10.59610/bbu2.2023.2.13

Fayl

PDF

Buraxılış

№2 - 2023

Müəllif

Zeynalova Ülkər İbrahim qızı