Tədqiqatın məqsədi – işğaldan azad edilmiş iqtisadi rayonlarda aqrar sahədə həyata keçirilən dövlət tənzimlənməsi metodlarını təhlil etmək, bu sahədə dövlətin tənzimləmə me-todlarının xüsusiyyətlərini açıqlamaq, təkmilləşdirilməsi yollarını müəyyən etməkdir.
Tədqiqatın metodologiyası – tədqiqat zamanı müşahidə, təhlil, müqayisə, qruplaşdır-ma metodlarından istifadə edilmişdir.
Tədqiqatın nəticələri – tədqiqat nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayon-larına vergi güzəştləri və digər dövlət dəstəyinin əhəmiyyəti tədqiq edilmişdir.
Tədqiqatın praktiki əhəmiyyəti – işğaldan azad edilmiş iqtisadi rayonlar üzrə inki-şafın təmin edilməsinin artırılması üçün təklif edilən metod və vasitələr dövlət orqanları və sa-hibkarlar tərəfindən istifadə edilə bilər.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – təhlil göstərir ki, işğaldan azad edilmiş re-gionlarda yeni institusional və inzibati metodlar tətbiq edilir və son 2 ildə dövlət tərəfindən xüsusi tənzimləmə metodları aktiv şəkildə həyata keçirilir. Lakin işğaldan azad edilmiş əra-zilərdə inkişafı təmin etmək üçün yeni tənzimləmə üsul və mexanizmlərə ehtiyac artmışdır. İşğaldan azad edilmiş iqtisadi rayonlar üzrə inzibati, iqtisadi, institusional metodlar üzrə təklif edilən mexanizmlər yenidir.
Açar sözlər: iqtisadi rayon, region, metod, dövlət tənzimlənməsi, vasitə, mexanizm.