AQRAR SIĞORTA SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ

Müasir dövrdə kənd təsərrüfatı istehsalçılarının maliyyəyə çıxışı problemlərinin həlli istiqamətlərdən biri istehsalçıların aqrar sığorta ilə əhatə dairəsinin genişləndirilməsi, aqrar sığorta sisteminin təkmilləşdirilməsi imkanlarının aşkar edilməsi hesab olunur. Təqdim edilən məqalədə müvafiq məsələlər araşdırılmışdır. İlk növbədə, kənd təsərrüfatı istehsalçılarının maliyəyə çıxışının asanlaşdırılmasında sığortanın yeri və roluna münasibət bildirilmişdir. Aqrar sığorta sistemində innovasiyalı fəaliyyət və onun iqtisadi məqsədəuyğunluğu məsələləri araşdırılmışdır. İnnovasiyalı aqrar istehsalın maliyyəyə çıxışının asanlaşdırılması baxımından sığorta sistemi qarşısına qoyulan tələblər şərh edilmişdir. Sığorta bazarında müştəriyə müna-sibətdə kreativ yanaşma imkanları aşkar edilmiş və onların reallaşdırılması istiqamətləri göstərilmişdir.

Tədqiqatın məqsədi - aqrar sığorta sisteminin təkmilləşdirilməsi istiqamətlərinin araşdırılması.

Tədqiqatın metodologiya - tədqiqat işində iqtisadi-statistik və təhlil metodundan istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - kənd təsərrüfatı istehsalçıları, sahibkarlar və ailə təsərrüfatları sığorta sistemindən yararlanmaqla risklərdən  zərərsiz çıxa bilərlər.

Tədqiqatın nəticələri - aqrar sığorta sisteminin təkmilləşdirilməsi istiqamətləri müəyyən edilməlidir, rəqəmsal mühitin üstünlüklərindən istifadə və innovasiyalı inkişaf şəraitində sığorta bazarının dövlət tənzimlənməsi məsələlərinə xüsusi diqqət yetirilməlidir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - Azərbaycanda aqrar sığorta sisteminin təkmilləşdirilməsi yolları araşdırılmışdır.

Açar sözlər: sığorta, aqrar, maliyyəyə çıxış, investisiya, istehsalçı, innovasiya, rəqəm-sal texnologiyalar, tənzimləmə.

 

https://doi.org/10.59610/bbu2.2023.2.10

Fayl

PDF

Buraxılış

№2 - 2023

Müəllif

Məmmədova Ülkər Şahin qızı