İXRACYÖNÜMLÜ İSTEHSALIN QEYRİ-NEFT İQTİSADİYYATININ İNKİŞAFINDA ROLU

Tədqiqatın məqsədi –  qeyri-neft iqtisadiyyatının inkişafında ixracyönümlü istehsalın rolunun müəyyənləşdirilməsi.

Tədqiqatın metodologiyası – tədqiqat işinin yerinə yetirilməsi zamanı elmi ümumi-ləşdirilmə, analiz, sintez, müqayisə və s. tədqiqat metodlarından istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – beynəlxalq inteqrasiya şəraitində ixrac potensialının inkişaf etdirilməsi, o cümlədən ixracyönümlü məhsulların istehsalı üçün parametrlərin, amil-lərin və ehtiyatların müəyyənləşdirilməsi qeyri-neft sahələrinin fəaliyyətinin prioritetlərindən hesab olunur. Bu baxımdan müasir çağırışlara uyğun olaraq qeyri-neft sektorunda struktur də-yişikliklərinin əsas hədəfi ölkənin beynəlxalq bölgü sisteminə üzvi şəkildə daxil olmasının və ixrac potensialından maksimum istifadə edilməsinin təmin edilməsinə əsaslanır.

Tədqiqatın nəticələri –  qeyri-neft iqtisadiyyatında ixracyönümlü istehsalın rolunun müəyyənləşdirilməsi üçün tədqiqat aparılmış və qeyri-neft iqtisadiyyatında artımın stimullaş-dırılması istiqamətləri təklif olunmuşdur.

Tədqiqatın orijinallığı və elmi yeniliyi –  qeyri-neft sektorunun inkişaf tendensiyaları-nın və ixracyönümlü istehsal sahələrinin qeyri-neft iqtisadiyyatının inkişafındakı rolu müəyyən edilmişdir.

Açar sözlər: iqtisadi artım, ixrac, rəqabətqabiliyyətli istehsal, inteqrasiya, ticarət dövriy-yəsi, şaxələndirmə.

 

https://doi.org/10.59610/bbu2.2023.2.7

Fayl

PDF

Buraxılış

№2 - 2023

Müəllif

Həsənova Nərmin Ehtibar qızı