Bazar iqtisadiyyatı şəraitində dövlətin iqtisadiyyata müdaxiləsinin zəruriliyi və üstünlüklərinin qiymətləndirilməsi

Azərbaycanda müstəqil dövlət quruculuğunun memarı olan  Ümummilli Lider  Heydər Əliyev iqtisadiyyatda müasir tələblərə cavab verən dövlət tənzimlənməsi sisteminin də əsasını qoymuş, mürəkkəb bir şəraitdə inzibati-amirlik sistemindən bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan səmərəli dövlətçilik mexanizmini formalaşdırmışdır.

Azərbaycanda müstəqil dövlət quruculuğu, onun bazar iqtisadiyyatı prinsipləri əsasında həyata keçirilməsi  və ölkəmizin beynəlxalq münasibətlər sisteminin  bərabərhüquqlu üzvünə çevrilməsi respublikamızda iqtisadiyyatın, o cümlədən xarici iqtisadi əlaqələrin tənzimlən-məsi sistemi qarşısında olduqca mühüm və tamamilə yeni vəzifələr qoyurdu.

Bütövlükdə, müasir dövrdə iqtisadiyyatın dövlət tənzimlənməsi heç bir sivil ölkədə inkar edilmir. Azad bazar iqtisadiyyatı müasir cəmiyyətin bütün sosial iqtisadi problemlərini həll etmək iqtidarında deyil, buna görə də bazar iqtisadiyyatının tənzimləyə bilmədiyi sahələr-də dövlətin iqtisadiyyata müdaxiləsi zərurət halını alır. Dünya təcrübəsi göstərir ki, hər bir iqtisadi sistemin normal fəaliyyətinin təmin edilməsində dövlət həlledici rol oynayır. Demək olar ki, bütün ölkələrdə dövlət iqtisadi, eləcə də sosial inkişafa köklü dərəcədə təsir qabiliy-yətinə malikdir. Məqalədə məhz bu və digər məsələlərin öyrənilməsinə diqqət yetirilmişdir.

Açar sözlər: iqtisadiyyatın dövlət tənzimlənməsi, dövlətin iqtisadi funksiyaları, iqtisadi siyasət, iqtisadi sistem, iqtisadi təhlükəsizlik, bazar iqtisadiyyatı, tarif tənzimlənməsi.    

 

https://doi.org/10.59610/bbu1.2023.174-182

Fayl

PDF

Buraxılış

№1 - 2023

Müəllif

Aslanov Habil Hüseyn oğlu