Ümummilli Lider Heydər Əliyevin müstəqilliyini bərqərar etmiş müasir Azərbaycan tarixində təkrarolunmaz yeri və rolu, uğurlu xarici və daxili siyasəti, ölkənin iqtisadi potensi-alının gücləndirilməsi ilə əlaqədar həyata keçirdiyi nəhəng quruculuq işləri hələ uzun illər araşdırılma və tədqiqat predmeti olacaqdır.
Təqdim olunan məqalədə, Ulu Öndər Heydər Əliyevin hələ 1969-1982-ci illərdəki rəhbərliyi dövründə Azərbaycanda xalq təsərrüfatı sahələrinin yenidən qurulma və inkişafına nə-həng kapital qoyuluşları cəlb olunması yolu ilə həyata keçirdiyi fəaliyyət müvafiq dinamika və göstəricilər təqdim edilməklə bir daha işıqlandırılır və bu aspektdə əhalinin etibarlı ərzaq təminatı üçün strateji əhəmiyyət kəsb edən taxıl kompleksində, ölkənin taxıl emalı sənayesinin təşəkkülündə, hazırki bu sənaye seqmentinin aparıcı hissəsini təşkil edən istehsal güc-lərinin yaradılıb ərsəyə gətirilməsində görülmüş işlərdən ətraflı bəhs edilir.
Müvafiq olaraq, məqalədə Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərliyinin ikinci mərhələsinin başlanğıcında, ölkədə ictimai-iqtisadi və siyasi şəraitlə bağlı böhranın apogeyə çatdığı vəziyyət, o cümlədən ölkə əhalisinin əsas ərzaq məhsulu kimi taxıl və çörək məhsulları ilə təminatında yaranmış acınacaqlı durumun əsas səbəbləri göstərilir. Müəllif, ölkəni sarmış böhran vəziyyətində, əhalinin təminatında əvvəllər görünməmiş belə fərqli vəziyyətdə, məhz Ümummilli Liderin qətiyyəti və əzminin, iradəsinin, müdrikcəsinə uzaq-görənliyinin nəticəsi olaraq, vəziyyətin stabilləşdirildiyi və vaxt itirmədən bu sahədə islahat-lara başlandığını vurğulayır və məhz bu yanaşmanı uğurlu həll modeli hesab edir.
Son olaraq müəllif, Ümummilli Lider Heydər Əliyevin qoyduğu irsin davam etdirildiyi, ölkə Prezidenti İlham Əliyevin ölkənin taxıl kompleksində son illər apardığı islahatların kon-kret nəticəsi kimi, əhalinin taxıl və çörək məhsulları ilə təminatında ölkədaxili mənbələrin xü-susi çəkisinin artımına diqqət yetirir və bu tədbirlərin həyata keçirilməsinin, işğaldan azad olunmuş torpaqlarda taxıl əkinlərinin genişləndirilməsi ilə birlikdə ölkədə ərzaq buğdasına tələbatın daha önəmli hissəsinin yerli istehsal hesabına təmin edilməsini stimullaşdıracağını proqnozlaşdırır.
Açar sözlər: taxıl kompleksi, strateji sahə, emal, islahat, kapital qoyuluşu.