Tədqiqatın məqsədi - qeyri-neft sektorunun strukturunun genişləndirilməsində sənaye parklarının rolunun artırılması istiqamətləri tədqiqindən ibarətdir. Bunun üçün qeyri-neft sektorunun strukturunun genişləndirilməsi problemləri açıqlanmışdır. Qeyri-neft sektorunun inkişaf istiqamətlərinə diqqət yönəldilmişdir. Qeyri-neft sektorunun yeni məhsuldar sahələrinin yaradılmasında və inkişaf etdirilməsində sənaye parklarının rolu təhlil olunmuşdur. Sənaye parklarının çoxfunksiyalılıq xüsusiyyətləri araşdırılmış və ümumiləşdirilmişdir. Sənaye parklarının iqtisadi inkişafa təsiri məsələləri verilmişdir. Müasir dövrdə sənaye parklarından istifadənin daha səmərəli təşkili prinsiplərinə və meyarlarına baxılmışdır. Dünya təcrübəsində sənaye parklarından istifadənin mütərəqqi təcrübəsinə diqqət yönəldilmişdir. Sənaye parklarının potensialından məhsuldar istifadə hesabına rəqabətqabiliyyətli və ixracyönlü məhsulların istehsalının artırılması problemləri baxılmışdır.
Tədqiqatın metodologiyası - sistemli və kompleks təhlil, qeyri-neft sektorunun strukturunun genişləndirilməsində sənaye parklarının rolunun artırılması istiqamətləri üzrə metodoloji yanaşmalar və üsullardan, bu sahədə qabaqcıl təcrübədən və mexanizmlərdən ibarətdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqatda verilmiş materiallardan və əldə olunmuş nəticələrdən qeyri-neft sektorunun strukturunun genişləndirilməsində sənaye parklarının rolunun artırılması istiqamətlərində müasir konsepsiyaların və strategiyaların, dövlət proqramlarının hazırlanmasında istifadə oluna bilər.
Tədqiqatın nəticələri – Azərbaycanda qeyri-neft sektorunun strukturunun genişləndirilməsində sənaye parklarının rolunun artırılması istiqamətləri üzrə yeni yanaşmaların formalaşdırılması, səmərəli mexanizmlərin, tövsiyələrin hazırlanması və təkliflərin verilməsidir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat işində baxılan problemlər fundamental araşdırılmaqla, qeyri-neft sektorunun inkişafında sənaye parklarının rolu açıqlanmışdır. Ölkənin iqtisadi prioritetləri çərçivəsində mühüm vəzifələrin yerinə yetirilməsində sənaye parklarının səmərəliliyi əsaslandırılmışdır. Mütərəqqi və yüksək texnologiyaların transferi problemlərinin həllində sənaye parklarının üstün cəhətləri verilmişdir. Azərbaycanda innovatik inkişaf proseslərinin sürətləndirilməsində sənaye parklarının rolu və əhəmiyyəti əsaslandırılmışdır. Ölkəmizdə sənaye müəssisələrinin rəqabətqabilyyətliliyinin yüksəldilməsində sənaye parklarının səmərəliliyi açıqlanmışdır.
Açar sözləri: qeyri-neft sektoru, sənaye parkları, sənayenin strukturu, sənaye parklarının inkişaf potensialı, qeyri-neft sektorunun inkişafının modelləşdirilməsi, sənayenin inkişaf prioritetləri.